Antonov: "Qəbələ" rəhbərliyi ilə aramızda fikir ayrılığımız oldu"

27.01.2017 | 3633 dəfə oxunub

Ötən mövsümün sonu “Qəbələ”dən ayrılan ukraynalı hücumçu Aleksey Antonov hazırda Mahaçqalanın “Anji” klubunda baxışdadır.

Stadium.Az xəbər verir ki, 31 yaşlı hücumçu Ukraynanın “Matchday” nəşrinə müsahibəsində Azərbaycanı tərk etmə səbəbi, Premyer Liqamızın durumu və s. məsələlərlə bağlı danışıb.


- Bir müddətdir, sizdən xəbər yoxdur. Nə baş verib?

- Prinsipcə, hər şey normaldır. Son vaxtlar klub axtarışında idim. Formamı itirməmək üçün “Dnepr”in əvəzedici heyəti ilə məşq edirdim.

- Sabiq komandanızda qalmağı təklif etmədilər?

- Məlum səbəblərdən “Dnepr” yeni oyunçu sifariş edə bilməz. Ona görə bu məsələ heç müzakirə olunmadı. Amma əlbəttə, “Dnepr” mənə yaxın klubdur.

- Roman Qriqorçukun rəhbərlik etdiyi “Qəbələ”də özünüzü pis göstərmədiniz. Niyə bu komandanı tərk etdiniz?

- Klub rəhbərliyi ilə aramızda fikir ayrılığımız oldu. Bir də Azərbaycanda qalmaq üçün alışıb-yanmırdım. Qarşılıqlı razılaşma ilə klubu tərk etdim.

- Ukrayna üçün darıxırdınız?

- Darıxmaqdan əlavə, mənə psixoloji tərəfdən çətin idi.

- Boş vaxtlarınızda şəhərdə (Qəbələ nəzərdə tutulur – red.) futboldan başqa nəsə məşğuliyyətiniz vardı?

- Düzü, Qəbələni şəhər adlandırmaq çətindir. Ona görə də nəsə danışmaq da olmur.

- Azərbaycan karyeranız müsbət nə ilə yadda qaldı?

- Ancaq Avropa Liqasının qrupunda oynamaqla. Fikrimcə, biz o yarışda layiqincə çıxış etdik. Azarkeşklər bizi sonadək yaxşı dəstəklədi.

- Azərbaycan çempionatı ölkədə populyardır?

- Bunu demək çətindir. Bəlkə də mesenatlar və funksionerlər bu məsələyə çox diqqət edirlər. Amma stadionlara azarkeşlərin gəlmə səviyyəsi yaxşı olmağı istəyir.

- Hazırda siz “Anji”nin düşərgəsindəsiniz. Bu komandaya necə düşdünüz?

- Hələ ki, mən burda baxışdayam. Ona görə də konkret nəsə danışmağın mənası yoxdur.

- Ukraynada karyeranızı davam etdirmək variantı vardı?

- Maraq vardı, amma danışıqlar olmadı. 

- Yaxın gələcək üçün məqsədiniz nədir?

- Mən hazırda “Anji” ilə birgə Türkiyədəyəm. Çalışacam ki, komandada yerimi möhkəmlədim. 2016-cı ilin ikinci yarısında karyeramda baş verənlərin təkrarlanmaması üçün bütün gücümü sərf edəcəm. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail