"Qarabağ"ı 3411 gündən sonra dayandıran tapıldı

01.03.2017 | 4259 dəfə oxunub

Premyer Liqasının XX turunun “Qarabağ”la “İnter” arasındakı oyunu üç məqamla əlamətdar olub. Stadium.Az xəbər verir ki, qonaqların 1:0 hesablı qələbəsi iki fərqli seriyanı qırıbsa, meydan sahibləri bir yubiley qeyd edib.

Bakılılarla görüş “Qarabağ”ın Azərbaycan çempionatında keçirdiyi 350-ci ev oyunu olub. Ağdam klubu öz meydanında 236 qələbə qazanıb, 67 heç-heçə edib və 47 dəfə uduzub. Bu qarşılaşmalarda 625 dəfə fərqlənən əyalət klubu 240 top buraxıb.

Məğlubiyyət “Qarabağ”ın öz meydanındakı yenilməzlik seriyasına son qoyub. 2015-ci il fevralın 28-də “Qəbələ”yə 0:1 hesabı ilə uduzandan sonra klub tarixi üçün rekord sayda - 32 matç evdə xalsız qalmayan Qurban Qurbanovun yetirmələri eyni gündə, eyni hesabla uduzub. 731 gündən sonra qırılan seriya 26 qələbə və 6 heç-heçədən ibarətdir.

Bu nəticə “İnter”in “Qarabağ”la səfər matçlarındakı qələbəsizliyinə də son qoyub. 2007-ci il oktyabrın 28-də Ağdam klubunun meydanında 1:0 hesablı qələbə qazanan paytaxt təmsilçisi 10 il idi sindromu qıra bilmirdi. Əyalət klubu isə 9 qələbə qazanıb, 7 heç-heçə etdiyi rəqibinə 3411 gündən sonra uduzub. (PFL)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail