Xulen Lopeteqi : "Ən uyğun olan start heyətlə meydana çıxmağa çalışacağıq"
"Rəqibə və özümüzə böyük hörmətlə yanaşırıq. "Qarabağ" kollektiv futbol oynayır. Üç xal qazanmaq üçün maksimum həvəslə çıxış etməliyik".
Stadium.Az xəbər verir ki, bu sözləri "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Qarabağ”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
O, start 11-liyi özü üçün müəyyən etdiyini bildirib: "Kimin oynayacağı ilə bağlı az-çox fikrim var. Əhəmiyyətli olan oyunçuların rəqabət apara bilməsidir. Heyətdə gənc oyunçularımız var. Onlarda aclıq hiss olunur, meydana maksimal motivasiya ilə çıxacaqlar. Ən uyğun olan start heyətlə meydana çıxmağa çalışacağıq.
İki hücumçu ilə oynamaq ideyam var, amma əsas məsələ mübarizə aparmaqdır. Çünki rəqibimiz qarşısına çox böyük hədəf qoyub. Bu, Avropa Liqası matçı olduğundan, qalib gəlmək və yaxşı oynamaq istəyirik. Bununla yanaşı, xal qazanmağım bizim üçün önəm kəsb etmədiyini nəzərə alaraq, daxilən motivasiya olunmağa çalışacağıq. Bu halda, biz ən güclü tərəf olacağıq".
53 yaşlı mütəxəssis sabahkı görüşdə əsas məqsədlərinin qalib gəlmək olduğun eyd edib: "Bütün oyunlar çox çətin və bərabərdir. İlk növbədə qalib gəlməli, daha sonra yaxşı mübarizə barədə düşünməliyik. Futbolçularımız məşqlərdə yaxşı çalışırlar. Bu, önəmli amildir".
Lopetegi kapitan Xesus Navasın sabahkı matçda meydanda olmayacağını da açıqlayıb.
“Sevilya” – “Qarabağ” matçı noyabrın 28-də "Ramon Sances Pisxuan" stadionunda keçiriləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |