UEFA Çempionlar Liqasının formatını dəyişdirir

28.05.2021 | 5285 dəfə oxunub

UEFA rəhbərliyi Çempionlar Liqasının pley-off mərhələsinin həlledici oyunlarının formatını dəyişmək variantını nəzərdən keçirir.

Stadium.Az xəbər verir ki, ən mümkün variant yarımfinalda iki matçlıq sistemdən imtina edilməsidir. Bundan əlavə, iki yarımfinal matçı və final oyunu, bir həftə eyni şəhərdə keçiriləcək.

UEFA-nın ehtimalına görə, qərar əlavə maliyyə axınına və tamaşaçı əhatəsinin genişlənməsinə gətirib çıxaracaq.

Dəyişikliklərdən heç biri 2024-cü ildə planlaşdırılan Çempionlar Liqasının formatının islahatından əvvəl qüvvəyə minməyəcək. UEFA dəyişikliklərə qərar verən ilk qurum deyil. Bundan əvvəl, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi futbolunun konfederasiyası olan CONCACAF, iki matçlıq finaldan imtina edəcəyini və idarə olunan turnirlər üçün bir sıra digər qaydaları dəyişdirəcəyini bildirib.

UEFA-nın ötən həftə yayımladığı maliyyə təhlilinə əsasən, qitənin aparıcı klubları koronavirus pandemiyasına görə 8 milyard avrodan çox zərərlə üzləşəcək. Məhz klubların maliyyə çətinlikləri qurumu əlavə gəlir mənbəyi axtarmaqa məcbur edir.

UEFA ötən həftə qitənin ən yaxşı klublarının koronavirus səbəbilə 8 milyard avrodan çox zərərlə üzləşəcəyi barədə maliyyə təhlili yayımlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail