İngiltərə Premyer Liqasının 30-cu turunun "Mançester Siti" – "Brayton" matçı (3:0) meydan sahiblərinin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne üçün əlamətdar olub.
Stadium.Az xəbər verir ki, bu oyun de Bruynenin "MS"də 300-cü matçı olub. O, yubiley matçında qol ötürməsi ilə yadda qalıb. De Bruyne 300 matçda 81 dəfə rəqib qapısına zərbə endirib, 116 dəfə komanda yoldaşlarına ötürmə verib.
Belçikalı futbolçu bu mövsüm "Mançester Siti"nin heyətində Premyer Liqada 25 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.