Kişi kimi komanda - "Qarabağ"!

05.11.2021 | 19138 dəfə oxunub

Ən güclü deyəndə ağlınıza gələn nədir? Biləyin güclü, yumruğun tutarlı olması?

Söhbət futboldan gedir. Təbii ki, ən güclü dedikdə qazanılan kuboklar və əldə olunan nəticələr əsas götürülür. Əks halda, nə qədər güclü olsan da, nəticə yoxdursa, demək, güclü sayılmırsan. Di Mateonu xatırlayırsız? O zaman adamın necə məşqçi olduğunu da bilirsiz, yəqin ki...

“Şalke” və “Astonvilla”dan necə qovdular onu?.. Amma isveçrə doğumlu italiyalı "Çelsi"yə Çempionlar Liqasını qazandırdı.

Pep Quardiola! Adam əfsanəvi "Barselona"nı qurub yaradandan sonra orda qazandığı bütün mümkün titulların ardın komandadan getdi. Amma "Bavariya"ya ancaq şablonlaşan Bundesliqanı qazandıra bildi.  Pepin "Bavariya"da həyata keçməyən Çempionlar Liqası arzusu hazırda "Mançester Siti" də də davam etməkdədir. Bunları sadalamaqda məqsədim odur ki, bəzən bəxtin gətirə bilər, bəzən isə hər cür imkanın olsa da, istədiyinə nail ola bilməzsən. Bəxt gətirər, amma bu məqam ayda, ildə bir dəfə olar. Müntəzəm olaraq inkişaf edib uğur yoluna qədəm qoymusansa, demək, düz yoldasan!

"Qarabağ" kimi. Ağdam klubu baş məşqçi Qurban Qurbanovu sükan arxasına gətirib ona tam etimad göstərdikdən sonra ardıcıl 8 ildir Avrokuboklarda çıxış edir. Əslində, bəhrəni çoxdan görməliydilər, amma məlum “İnter”lə “Bakı”dakı oyunda hakim haqsızlığının qurbanı olan Qurbanın komandası ruhdan düşmədi. Doğru yolda əmin addımlarla irəlilədi və nəhayət Azərbaycan futbolu tarixində bir ilki rəsmiləşdirərək Konfrans Liqasında qrupdan çıxmağı bacardı. Bu, rəhbərliyin tam etimadı və məşqçi heyətinin futbolçularla uzun illər çəkdiyi əziyyətin bəhrəsi idi.

İndi “Qarabağ”dan daha çox uğur gözləyəcəyik. Necə ki, iştah diş altındadır. Qrupdan çıxmağın arzusunda olan azarkeş daha bir uğuru tələb edəcək. Bu isə sonranın işidir. Hazırda 4 oyundan sonra aktivində 10 xal olan Qurban Qurbanovun komandası liderdi və çox gözəl olar ki, məğlubiyyətsiz seriyanı davam etdirərək növbəti mərhələyə də lider kimi qədəm qoysun. O mərhələdə nə olacağı isə qara püşkə bağlıdı. Dişimizə görə rəqib də düşə bilər, bacara bilmədiyimiz komanda da. Əsas odur, “Qarabağ” meydanda ləyaqətli kişi obrazı göstərir, mübarizə aparır.  

“Qarabağ” bütün Azərbaycanın komandasıdır, bizimdir, sizindir. Bu uğur da Zəfər Günü ərəfəsində xalqımıza – millinin məğlubiyyətlərindən cana doymuş, qəlbi küskün, amma “ac” olan azarkeşə böyük bir “qonaqlıq” idi. Başım qonaqlığa qarışmasın, deyəcəyim odur ki, “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır, Qurban Qurbanov isə ölkənin nömrə bir baş məşqçisidir. İnşAllah bu komandayla daha böyük qələbələrin şahidi olarıq.

Təbriklər Qurban müəllim, təbriklər “Qarabağ” camiəsi!

Vüsal Hacı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail