Daril Villard: "Azərbaycanda gənc, texnikalı, istedadlı futbolçu nəsli yetişməkdədir"

10.04.2012 | 6566 dəfə oxunub

“Qəbələ” klubunun əvəzedici komandasının baş məşqçisi Daril Villard PFL-in rəsmi saytına verdiyi müsahibəsində komandasının cari mövsümdəki çıxışı və qarşılarında duran əsas məqsədlərindən danışıb.

Stadium.az həmin müsahibəni təqdim edir.

- Son turda AZAL ilə oyun barədə fikirlərinizi öyrənmək istərdik. 
- Azərbaycanda olduğum müddət ərzində əvəzedici komandalar arasında keçirilən ən yaxşı oyunu izlədik.  AZAL-a qarşı əsas heyətdə Azərbaycanın U-17 milli komandasının beş və U-16 milli komandasının bir futbolçusunu meydana buraxmışdıq. Futbolçularım 5:0 hesabıyla qələbə qazandılar. Bu, ölkədə ən gənc əvəzedici komandadır.

- Növbəti turda səfərdə çempionatının lideri “Neftçi”nin qonağı olacaqsınız. 
Bu oyun haqqında nə deyə bilərsiniz? 
“Neftçi” çox güclü komandadır. Komandanın baş məşqçisi çox yaxşı işlər görüb. Eyni zamanda “Neftçi”də bir neçə istedadlı gənc oyunçu var. Mən bu oyunu digər oyunlardan fərqləndirmək istəməzdim. Mənim işim oyunlarda qələbə qazanmaq deyil, gənc futbolçuların inkişaf etdirilməsidir.

- Sizcə, “Neftçi” ilə oyunda çempionluğun taleyi həll olunacaqmı?
Fikrimcə, bu, iki güclü komandanın qarşılaşması olacaq. Hər iki klubun heyətində gənc və istedadlı futbolçular var. Komandalar başabaş mübarizə aparacaqlar. Son turda olduğu kimi maraqlı qarşılaşma olacağını gözləyirəm. “Neftçi” qalib gəlsə, onlar çempionatın qalibi olacaqlar. Ancaq mənim əsas məqsədim çempion olmaq deyil, Azərbaycanda gənc, texnikalı, istedadlı futbolçu nəsli yetişdirməkdir. 

- Artıq çempionatın başa çatmasına az qalıb. Komandanızın göstərdiyi oyundan razısınızmı?
Bəzifutbolçularıntezbirzamandainkişafetməsiməniyaxşı mənadatəəccübləndirir.Bu, uşaqların məqşlərə düzgün yanaşmasından və mənim oyun fəlsəfəmi düzgün dərk etməsindən irəli gəlir. Qış fasiləsindən sonra keçirdiyimiz 9 oyundan 8-də qalib gəlmişik. Futbolçular müxtəlif mövqelərdə oynamağı öyrənirlər və hazırda bir-birini çox yaxşı başa düşürlər. Köməkçi məşqçilərimin də bu işdə böyük rolu var. Onlar mənim nə istədiyimi futbolçulara düzgün başa salırlar.

- Hansı futbolçunuzun oyunu sizi daha çox qane edir? 
- Son 12 oyunda müxtəlif vaxtlarda 7 futbolçu Azərbaycanın U-19 və 1 futbolçu U-21 millisinə çağırılıb. Heç bir futbolçunu ayrılıqda fərqləndirmək istəməzdim. Fikrimcə, hazırda 4-5 futbolçumuz var ki, 2012-2013-cü il mövsümündən əsas komandada çıxış edə bilərlər. Uşaq futboluna olan böyük diqqət artıq öz bəhrəsini verməkdədir. 

- “Qəbələ” mövsüm ərzində qapısından ən az top buraxan komandadır. 
Amma vurduğu qolların sayına görə bəzi komandalardan geri qalır. Buna əsasən demək olarmı ki, Qəbələnin müdafiə xətti güclü olsa da, hücum xəttində müəyyən çatışmazlıqlar var?
- Qol vurma və ya az qol buraxma statistikaları yaxşı haldır. Bu, komandanın məhsuludur. Müdafiəmizi hücumdan qururuq. Ona görə də az top buraxırıqsa, deməli hücumçularımızın da bunda böyük payı var. Hücumçular işlərini görməsələr, onda yarımmüdafiə və müdafiəçilərə daha çox güc düşər və təzyiq altında qalarlar. Mövsümün ilk yarısında futbolçularımıza müxtəlif mövqelərdə oynamağı öyrədirdik. İndi onlardan nə istədiyimizi çox yaxşı başa düşürlər. Son 9 oyunda 20 top vurub, qapımızdan cəmi 4 top buraxmışıq. Komanda şəklində qalib gəlir və ya məğlub oluruq.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail