Vaqif Cavadov: “Bakı” Azərbaycan futbolunda xüsusi çəkisi olan klubdur»
"Bakı" futbol klubu və Azərbaycan millisinin hücumçusu Vaqif Cavadov "Toplu Bakı" jurnalına müsahibə verib. Bu müsahibəni sizə təqdim edirik:
rn"Toplu"nun dosyesi:
rnAdı, soyadı: Vaqif Cavadov
rnMövqeyi: hücumçu
rnBoyu və çəkisi: 185 sm, 80 kq
rnForma nömrəsi: 9
rnİlk müəllimi: Vaqif Paşayev
rnBəyəndiyi futbolçu: Alessandro Del Pyero
rnBəyəndiyi klublar: "Yuventus" və "Barselona"
rnBəyəndiyi milli komanda: İtaliya
rnKumiri: Fizuli Cavadov
rnHobbisi: Balıq tutmaq
rnBəyəndiyi avtomobil markası: Range Rover
rnBəyəndiyi ətir: Clinic happy - Guccy by guccy
rnAzərbaycan milli komandasının və "Bakı"nın hücumçusu Vaqif Cavadov "Toplu Bakı"nın "kumir" rubrikasının qonağı seçilib. «Bakı» futbol klubunun rəsmi jurnalına müsahibə verən gutbolçu uşaqlığından, futbolçu karyerasından və gələcək arzularından danışıb:
rn- "Bakı" rəhbərliyinə mənə bu jurnalda yer ayırdıqları üçün təşəkkür edirəm. Bundan sonra da çalışacağam ki, kluba onun rəhbərliyi və azarkeşlərinə peşəkar səviyyədə xidmət göstərim.
rn- Vaqif bildiyin kimi jurnal uşaq və yeniyetmələr üçündür. Buna görə də bu günkü söhbətimiz bu əsnada olacaq. Futbola gəlişini necə xatırlayırsan?
rn- Ailəmizdə futbolçular olub. Əmim İsgəndər Cavadovu Azərbaycanda tanımayan yoxdur. Atam da futbolçu olub. Belə bir ailədə doğulan uşağın da futbola həvəs göstərəcəyi təbii idi. Belə də oldu. 5 yaşımda atam məni Azərbaycan Dövlət Bədən Tərbiəsi və İdman akademiyasının stadionunda, Vaqif Paşayevin rəhbərlik etdiyi uşaq futbol qrupuna yazdırdı.
rn- İlk uğurlar...
rn- Vaqif müəllimin rəhbərlik etdiyi "Real" komandası ilə 11 yaşımda yeniyetmələrin Bakı birinciliyində üçüncü yer tutduq. Mən özümdən bir yaş böyüklərlə oynayırdım. Həmyaşıdlarımdan seçildiyim üçün məşqçilərin məsləhəti ilə atam qərara gəldi ki, məni Moskvaya aparsın. Bakıda ev- eşiyimizi satıb köçdük Moskvaya. Yeddi il Rusiyada yaşadıq.
rnrn
- ÇSKA -nın uşaq futbol məktəbinə keçidin necə alındı?
rn- Əvvəlcə "Dinamo"nun yeniyetmələr üçün məktəbində başladım. 3 ay orada məşq etdikdən sonra digər Moskva klubu "Torpedo"da oynadım. Bir il bu klubda olandan sonra ÇSKA məşqçiləri məni bəyənərək bu kluba gətirdi. 6 ilə yaxın bu klubun şərəfini qorumuşam. İlk dörd ili həmyaşıdlarım arasında keçirilən çempionatlarda oynadım. 2 il isə əvəzedici komandanın heyətində Rusiya birinciliklərində top qovdum.
rn- O vaxt səninlə birgə oynayan futbolçulardan indi Rusiya Premyer Liqasında oynayanlar var?
rn- Əlbəttə var. Rusiyada çoxlu dostlarım var. "Amkar"da oynayan müdafiəçi Vadim Qaqloev, "Krılya Sovetov"un hücumçusu Aleksandr Salugin, "Terek"in qapıçısı Soslan Canayevlə indi də dost münasibətlərimiz qalır.
rn- Azərbaycana dönüşün necə alındı?
rn- 16 yaşımda Şahin Diniyevin rəhbərliyi ilə Azərbaycan milli komandasından dəvət aldım. Millidə ən gənc futbolçu kimi tarixə düşdüm. Burada "Qrabağ" komandasından sərfəli təklif gəldi. Qayıtdım vətənimə.
rn- "Qarabağ" klubu ilə Azərbaycan kubokunu qazandın, Avropa liqasında iki mərhələ keçdin...
rn- "Qarabağ" Premyer Liqada bizim əsas rəqiblərimizdən olsa da, meydandan kənar mənim sevimli komandam olaraq qalır. Bu klubla çoxlu nailiyyətim olub. Ötən mövsüm Hollandiyanın "Tvente" klubuna keçməyimdə də bu klubun rolu oldu.
rn- Karyeranda növbəti ad - "Bakı" və onun uşaq futbolu...
rn- "Bakı" Azərbaycan futbolunda xüsusi çəkisi olan klubdur. Bu kluba keçidimdə onun hər zaman iddialı olması rol oynayıb. Yaxın illərdə "Bakı" tam peşəkar bir kluba çevriləcək. Uşaq və yeniyetmə futbol komandaları, mehmanxana, meydança və ləvazimatlar, brend idman geyimləri və s. bu gün Azərbaycan futbolçusu üçün də əlçatan olub. Bu işləri görən insanlara futbolçular adından təçşəkkürümü bildirirəm. Görülən işlər Azərbaycan futbolunun gələcəyi üçündür.
rnrn
rn
rn
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |