"Dinamo"nun baş məşqçisi Qəbələyə heyran qaldı

23.11.2012 | 3705 dəfə oxunub

Təlim-məşq məqsədi ilə Qəbələdə səfərdə olan Tbilisi “Dinamo”sunun 15 yaşa qədər futbolçulardan ibarət komandasının baş məşqçisi  Levan Kvantseladze fikirlərini gabalafc.az-la bölüşüb. Stadium.az xəbər verir ki, ilk oyunda “Qəbələ”yə 2:0 hesabilə qalib gələn komandanın rəhbəri bu səviyyədə rəqib gözləmədiyini söyləyib:

“İlk matç maraqlı alındı. İki güclü komanda üz-üzə gəldi. Qalib gəlməyimizə baxmayaraq komandamın çıxışından razı qalmadım. Futbolçular bacarıqlarını tam ortaya qoya bilmədilər. Bunu uzun yol gəlməyimizlə əlaqələndirərdim. Düşünürəm ki ikinci oyunumuz daha maraqlı alınacaq. O ki qaldı “Qəbələ”yə rəqibin oyun üslübunu və ümumilikdə komandanı çox bəyəndim. Bu cür güclü rəqib gözləmirdim. Çox distiplinli, komplekt kollektiv formalaşdırılıb”.

Kvantseladze Qəbələyə heyran qaldığını da gizlətməyib:

“Qəbələdə futbol oynamaq üçün hər cür şərait var. Meydançaları, ot örtüklərini çox bəyəndim. Çox istərdik ki, Gürcüstanda klubların bu cür bazası olsun. İnfrastruktur baxımından Gürcüstan klublarını xeyli qabaqlayırsınız. Futbolçularım Qəbələni İngiltərəyə bənzədirlər – gözəl təbiət, duman və super meydançalar”.



  #1   Adınız: ilqar Quliyev;   E-mail: [email protected]

24.11.2012 01:35

bununla bele yene uduzuruq cunki olarda meydanca sherait
olmasada futbol enenesi var.bizim evimizi yixan ele pulun cox
verilmesidir futbolculara yeni layiq oldugundan.Inshallah bizim
futbolcularda dunyanin taninmish klublarinda oynayarlar

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail