"Futbolumuzun küsülüləri" I YAZI
Cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, futbolumuzda da küsülülərin sayı yetərincədi. Düzdür, futbolda şou-biznesdəki kimi gündə bir qalmaqal yaşanmır. Amma yenə də söz-söhbətlərdən, umu-küsülərdən yan qaçmaq qeyri-mümkündür.
Azərbaycan futbolundakı küsülülərin bir çoxu vaxtilə aralarındakı isti münasibətə görə seçiliblər. Lakin müəyyən vaxtdan sonra onların arasında ya münaqişə yaşanıb, ya da münasibətlər soyumağa doğru gedib. Bir sözlə, dostluğun arasından qara pişik keçib.
"Het-trik news"un bu sayından etibarən "Futbolumuzun küsülüləri" adı altında verəcəyimiz silsilə yazılarda kimin-kiminlə münasibətlərinin pozulduğundan siz də xəbər tuta biləcəksiniz.
Onu da əlavə edək ki, bir neçə il əvvəl saytların birində bu tipdə bir yazı gedib. Amma geridə qalan illər ərzində futbolumuzda küsülülərin sayının durmadan artması bizi yenidən bu mövzuya qayıtmağa vadar etdi. Beləliklə, başladıq.
BÖYÜKAĞA HACIYEV - YAŞAR SEYİDOV
Futbolumuzdakı küsülülərin sayı yetərincə olsa da, "kimdən başlayaq" sualı üzərində xeyli düşünməli oldum. Yekunda qərara gəldim ki, siftəni bu ikilidən edim. Çünki Hacıyevlə Seyidovun atışması bugünkü gündə də davam edir. Onların münasibətlərinin tarixçəsi 2006-cı ildən başlayır. Həmin ilin aprel ayında Böyükağa Hacıyev "Bakı"ya baş məşqçi təyin olunarkən Seyidovla münasibətləri əla idi. Bütün günü "can" deyib, "can" eşidən ikilinin yedikləri-içdikləri ayrı olmazdı. Üstəlik də Hacıyev komandanı möcüzəvi şəkildə çempion etdikdən sonra Seyidovla lap qardaş oldular. Amma zaman keçdikcə, daha da dəqiqləşdirsəm, nəticələr ürəkaçan olmadıqca münasibətlər pozuldu. İş o həddə çatdı ki, Hacıyev Seyidovu ona "torba" tikməkdə ittiham etdi. Hacıyev "Bakı"nı tərk etdikdən sonra da, "Sumqayıt"ı çalışdırarkən də tərəflərin deyişməsi davam edirdi. Hadisələr kuliminasiya nöqtəsinə bir müddət əvvəl çatdı. Böyükağa Hacıyev "Neftçi"ni Avroliqaya çıxardıqdan sonra Yaşar bəyin verdiyi "Böyükağa Hacıyev yetişdirdiyim ən yaxşı kadrdı" deməsi təcrübəli mütəxəssisin od püskürməsi ilə nəticələndi. Hazırda hər iki futbol adamı susmağa üstünlük verirlər. Amma bu, müvəqqəti xarakter daşıyır. Yaşar Seyidovun "İndi Böyükağa Hacıyevin qılıncının qabağı da kəsir, arxası da" deməsi, bu xəmirin hələ çox su aparacağına işarədi.
BERTİ FOQTS - İLQAR QURBANOV
Milli komandamızın baş məşqçisi Berti Foqtsdan çoxlarının xoşu gəlmir. Yığmamızın düz-əməlli nəticə qazana bilməməsi bir yana, almanın başqalarının işinə ağız büzdüyü də hər kəsə bəllidir. Elə bu səbəbdəndir ki, Foqts demək olar ki, AFFA rəsmilərin başqa heç kimlə yola getmir. Əminliklə söyləmək olar ki, alman ölkəmizdə çalışdığı müddətdə özünə dostdan çox düşmən qazanıb. Amma Foqtsun ən böyük qalmaqalı İlqar Qurbanovla olub desək, yanılmarıq. Ölkəmizdə çalışdığı ilk vaxtlarda Qurbanova dəvət göndərən alman məşqçi daha sonra fikrindən daşındı. Tərəflərin arasında isə ... "hamburger" girdi. "Peşəkar futbolçu MakDonaldsda nahar etməz" deyən Foqts odu-budu İlqara dəvət göndərmir. Qurbanov məhz bir "hamburger"in badına getdi. "Qarabağ"ın heyətində ianmlı təsir bağışlamasına baxmayaraq, bu günə kimi millinin qapıları onun üzünü bağlıdı. Alman məşqçinin "mən 100 metri ondan daha tez qaçıram" deməsi də tərəflərin münasibətinin hansı səviyyədə olduğunu açıq-aşkar göstərir.
RAMİN MUSAYEV - İMANXAN SULTANİ
PFL prezidentinin adının qarşısında AFFA-nın baş katibi Elxan Məmmədovun adını yazmaq da olardı. Lakin mövzu küsəyənlərdən olduğu üçün bu fikrimdən vaz keçdim. Musayevlə Məmmədova daha çox "Mehriban düşmən" ifadəsi yaraşır.
Ramin Musayevlə keçmiş hakim İmanxan Sultaninin münasibətləri 2007-ci ildə pozulub. Həmin vaxt Musayev "Neftçi"nin vitse-prezidenti, Sultani isə ölkənin bərkgedən hakimlərindən biri idi. Sultaninin idarə etdiyi AZAL - "Neftçi" oyunu düşmənçiliyin əsasını qoydu. Həmin görüşdə referinin bir sıra qərarları ilə barışmayan Ramin Musayev müəyyən vaxtdan sonra Sultanidən qisasını aldı. PFL-in prezidenti təyin olunduqdan sonra Musayev onu hakimlikdən "sildi". Bundan sonra hakimliyin daşını atan İmanxan bəy özünü hakim-inspektor kimi sınamaq istəsə də, arzusu ürəyində qaldı. Bir müddət əvvəl ölkə mətbuatına verdiyi açıqlamada sabiq referi Ramin Musayevə qarşı sərt ittihamlar səsləndirdi: "Musayev başverənləri yaddan çıxarmayıb. Şəxsi münasibətləri işə qarışdırmaq lazım deyil. PFL-ə rəhbərlik edən birinin kin saxlaması çox pisdi".
VAQİF SADIQOV - ƏSGƏR ABDULLAYEV
Azərbaycan futbolunun bu iki tanınmış siması ötən əsrin 90-cı illərinin ortalarında bir-birilə mənəvi qardaş kimiydilər. Bir neçə klubda bərabər çalışan iki mütəxəssis Azərbaycanın gənclərdən ibarət milli komandasında birgə çalışarkən neçə-neçə istedadlı futbolçunu üzü çıxardı. Amma məşhur "iki qoçun başı bir qazanda qaynamaz" ifadəsi gec-tez onların da münasibətlərində təsdiqləndi. Hərçənd, bunun əsl səbəbləri indinin özündə də çoxlarına müəmmalı qalır. Nə Sadıqov, nə də Abdullayev bu mövzuda danışmaqda həvəslidirlər. Bilinən odur ki, Vaqif Sadıqov 90-cı illərin sonlarında qeyri-rəsmi olaraq AFFA-nın komandası hesab edilən "Şəfa"dan çıxarıldıqdan və yerinə Əsgər Abdullayev gətirildikdən sonra iki məşqçinin münasibətləri gərginləşməyə başladı. O vaxtdan hər iki məşqçi arasında soyuq münasibət davam edir.
XAQANİ MƏMMƏDOV - TAHİR SÜLEYMANOV
Müstəqil Azərbaycan futbolunun hakimlik məktəbinin parlaq nümayəndələri. 1998-ci ildə AFFA-nın o zamankı prezidenti Fuad Musayevin birbaşa göstərişi ilə FİFA referisi Tahir Süleymanov "normativi tələb olunan səviyyədə yerinə yetirməmək" adı ilə hakimlikdən uzaqlaşdırıldı. Süleymanov özü isə bildirirdi ki, o, qardaşı Məzahir Süleymanzadəyə görə hakimlikdən çıxarılıb. Tahir Süleymanov bu hadisəyə görə Fuad Musayevlə yanaşı AFFA-nın Hakimlər Komitəsinin o vaxtkı və indiki sədri Xaqani Məmmədovu da ittiham edirdi. Halbuki buna qədər onların münasibətləri yaxşı idi. Məmmədov da Süleymanovun ittihamlarını cavabsız qoymurdu. Hər iki şəxs indi də Azərbaycan futbolunda önəmli vəzifə tutsalar da, yenə də küsülü olaraq qalırlar.
"Het-news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |