Futbolumuza biganə SOCAR - YAZI
Azərbaycan futbolunu bataqlıqdan çıxara bilməyən SOCAR Gürcüstan Futbol Federasiyasına sponsorluq edir
Gürcülər ölkə futbolunu bizim neftimizin hesabına inkişaf etmək istəsə də, qonşu ölkədə bir azərbaycanlı futbolçu yetişmir
rnrn***
rnrn2011-ci ildə Azərbaycanın "SOCAR Energy Georgia" şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstan Futbol Federasiyasının sponsoru olub. Bu barədə sazişi şirkət rəhbəri Mahir Məmmədov və Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava imzalayıblar.
rnrnRəsmi imzalama mərasimi zamanı Məmmədovun bildiridiyinə görə, bizim şirkət həmişə öz orijinallığı ilə seçilən və keçmişdə beynəlxalq arenada da böyük uğurlar qazanan gürcü futbolunun inkişafına öz töhfəsini vermək qərarına gəlib.
rnrnÖz növbəsində Siçinava qeyd edib ki, Azərbaycan şirkəti federasiyaya futbolun təşəkkül tapmasında, həm ölkənin futbol infrastrukturunun, həm də uşaq futbolunun inkişafında ciddi kömək etmək niyyətindədir.
rnrnSazişin təfərrüatları və məbləği hələ ki açıqlanmır.
rnrn***
rnrnDünyanın ən varlı adamlarından biri Badri Patarkatsişvilinin ölümündən sonra gürcü futbolu iflas olmuş hala düşdü. Qonşularımızın köməyinə yenə biz çatdıq: 2011-ci ildə Azərbaycanın "SOCAR Energy Georgia" şirkəti Gürcüstan Futbol Federasiyasının sponsoru oldu. Bu artıq bir ənənənin davamı idi. Bundan iki il öncə neftimizin pulları gürcü şahmatının imdadına çatmışdı və qısa müddətə də olsa belə, Gürcüstan Şahmat Federasiyasının ilk və indiyədək yeganə sponsoru olmuşdu.
rnrnYəqin ki, bu siyasi məslədir. Şirkətimiz Gürcüstan bazarına ayaq açmaq istəyir və problemlə üzləşməmək üçün müəyyən mənada xərcə düşməlidir. Amma siyasəti kənara qoyub, incə bir məqama toxunmaq istərdim.
rnrnSOCAR həm də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının sponsorudur. Şirkətin prezidenti Rövnəq Abdullayev isə, eyni zamanda, həm də AFFA-nın başçısıdır. Artıq neçə ildir ki, bu nəhəng maliyyə resurslarına malik neft kompaniyası ölkə futboluna milyonlar xərcləyir və bütün çabalara baxmayaraq, sevindirici bir nəticə hasil olmur. SOCAR gürcü futbolunun infrastrukturuna təkan vermək niyyətindədirsə, Azərbaycanda bu işlər niyə aparılmır? Şirkət indiyədək Azərbaycanda bir standartlara cavab verən futbol stadionu inşa etdirməyib...
rnrnGürcü klublarında azərbaycanlı futbolçu yoxdur
rnrnGürcüstanda müəyyən layihələrlə çıxış etmək niyyətini pisləmədən, simiclik və ya qısqanclıq etmədən SOCAR-ın bu məsələyə xüsusi qayğıyla yanaşmaq məcburiyyətində olduğunu vurğulamalıyıq. Gürcülərin təbirincə, Sakartvelo adlanan məmləkətdə xeyli azərbaycanlı yaşayır. Amma nədənsə bu ölkənin futbol klublarında bir azərbaycanlı belə yoxdur. Bu idman növünə marağı olanlar və müəyyən perspektiv vəd edənlər isə bir neçə il öncə Azərbaycan çempionatının bombardiri olmuş Samir Musayev kimi karyeralarını Azərbaycan da qurmalı olurlar.
rnrnBelə görünür ki, gürcü şovinizmi, müəyyən mənada, təsirsiz deyil və doğrudan da, orada başqa millətin nümayəndəsinin üzə çıxması çətindir. Amma hətta belə olmasa da, SOCAR sözügedən müqaviləyə imza atarkən ya yeni tərəfdaşını məcbur etməli, ya da öz üzərinə məsələn, Marneuli və ya Qardabanidə futbol məktəbi açmaq vəzifəsini götürməli idi. Burada təəccüblü bir şey yoxdur - neft şirkəti futbolumuzun qayğısına qalırsa, bütün vasitələrdən yararlanmalıdır. Axı doğrudan da bu ideya Almaniyada akademiya açmaqdan daha məntiqli və perspektivli addım olardı. Amma, görünür, ki, SOCAR-ınkı neftimizin pulunu elə sağa-sola xərcləməkdi və orada milli dəyərlər, gələcəyimizin sağlamlığı, digər ölkələrdə milli azlıq təşkl edən soydaşlarımızın aqibəti maraqlandırmır. Belə deyilsə... yazımıza, təklifimə reaksiya gözləyəcəyik.
rnrn***
rnrnGürcüstanın müxtəlif bölgələrində - Borçalı (Kvemo Kartli), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan MR-da, həmçinin Tiflis, Rustavi və Aqara şəhərlərində tarixən kompakt şəkildə yaşayan soydaşlarımızın sayı 360,000 min nəfərdir (2007-ci il göstəricilərinə əsasən). Bu isə ümumi əhalisi təxminən 4.5 milyon olan ölkə üçün heç də kiçik rəqəm deyil. Yeri gəlmişkən, 2007-ci ildə Gürcüstan Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktları İdarəsinin yaydığı məlumatına əsasən, ölkədə əhalinin istifadə etdiyi ikinci ən geniş yayılmış soyad Məmmədovdur. Amma nədənsə bu ölkənin futbol klublarında bir futbolçumuz belə yoxdur.
"Sport Favorit" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |