Robertas Poşkuş: "Bu il Azərbaycan Kubokunu qazanmaq üçün böyük şansımız var"

08.12.2010 | 3531 dəfə oxunub

Litvalı hücumçu Robertas Poşkuş ikinci mövsümdür ki,"İnter" komandasının şərəfini qoruyur.Keçən mövsüm vurduğu qollarla komandasını çempionluğa daşıyan "Litva tankı"nın bu mövsüm oyunu alınmır. "İnter" klbunun rəsmi internet saytına verdiyi müsahibədə Robertas Poşkuş "Qarabağ"la oyun barədə və Azərbaycan Kubokunda "Şuşa" komandası ilə keçiriləcək görüşdən danışıb.

rn

- "Qarabağ"la matçda "İnter"in oyunu alınmadı, ikinci məğlubiyyətə səbəb nə oldu?

rn

- Bununla bağlı onu deyə bilərəm ki, bu futboldu. Oyunda malik olduğunu heç də həmişə nümayiş etdirmək alınmır. Bizim komanda da yaxşı keyfiyyətlərini nümayiş etdirə bilmədi. Zəif oynadıq, vacib olmayan qol buraxdıq, cavab qolunu bura bilmədik.

rn

- Bu il komandanın hücum potensialı, yumşaq desək, yaxşı vəziyyətdən uzaqdı. Bunu 16 oyunda 13 qolun vurulması da təsdiqləyir. Bunlardan da yalnız 3 qol hücumçular tərəfindən rəqib qapısından keçirilib...

rn

- Bu, təkcə hücumçulardan asılı deyil. Siz harada klub görmüsünüz ki, orada qolu ancaq forvardlar vurub? Müasir futbolda bir futbolçu, kim olmasından asılı olmayaq, təkbaşına çox az nəticə göstərməyə qadirdir. Maradona belə! Sizi əmin edirəm ki, təkbaşına nəyəsə nail olmaq praktiki olaraq mümkün deyil. Bu, komanda oyunudu və vurulmuş qollar yaradılmış kollektiv fəaliyyətin nəticəsidi.

rn

- Sizin sözlərinizdən belə bir sual yaranır, o zaman həmin komanda fəaliyyəti ilə nə baş verdi?

rn

- Biz o qədər xoş olmayan mərhələ yaşayırıq, elə istədiyimiz kimi də oynaya bilmirik. Bunun səbəblərinin nədə olduğunu bilmirəm. Lakin eyni zamanda bunu faciə də hesab etmirəm, biz yaranmış vəziyyətdən çıxmaq üçün mütləq yol tapacağıq. Bizim komanda ruhən güclüdü. Biz liderlərdən bir qədər arxada qalmışıq, ancaq bu məsafəni asanlıqla ləğv etmək olar, qarşıda, demək olar ki, mövsümün yarısı var.

rn

- "İnter" çox qol vəziyyətləri yaradır, ancaq onları yerinə yetirə bilmir...

rn

- Futbolda yüz faizlik istifadə olmur. Qol vəziyyətləri yaradılır, bəziləri yerinə yetirilir, bəziləri yox. Çox sayda qol vəziyyətləri yaradırıq, demək də doğru olmazdı. Vəziyyətlər bir, iki, üç dəfə olur, amma bundan artıq yox. Çox qol vurmaq üçün çox sayda vəziyyətlər yaratmaq lazımdı.

rn

- Qarşıda "Şuşa" ilə kubok oyunu var. Oyuna necə hazırlaşmısız?

rn

- Matça ciddi hazırlaşırıq. Rəqibə hörmət bəsləyirik, amma demək istəyirəm ki, biz bu mərhələni keçməliyik. Bu il Azərbaycan kubokunu qazanmaq üçün böyük şansımız var və bu imkandan istifadə etməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail