AZAL-ın prezidenti: «Demişəm, «Neftçi»nin azarkeşlərini stadiona buraxmayacam»

26.05.2011 | 6746 dəfə oxunub

«Neftçi» ilə oyundan sonra baş verənlər mənə çox pis təsir elədi. Onlar azarkeş deyillər. Harda bu komandanın azarkeşi var, orda problem yaranır» - AZAL-ın prezidenti Vaqif Qasımov «Stadium.Az»a açıqlamasında belə deyib. Onun sözlərinə görə, «ağ-qara» tərəfdarlar matçın gedişində və sonrasında özlərini olduqca pis aparıblar. Komandalarının vurduğu qolları fərqli qeyd edən fanatlarla polislər arasında gərginlik yaşanıb. Şüvəlanda qonaq olduqlarını yaddan çıxararaq, «təyyarəçilər»in azarkeşlərini insidentə çəkməyə çalışıblar: «Təzə stadionumuzu bir günə salıblar, heç deyiləsi deyil. Əllərinə keçəni vurub sındırıblar. Bütün sürahiləri qırıblar. Sadış Sadıqov orda olmayıb. Başda Tahir Süleymanov olmaqla, «Neftçi»nin rəhbərliyi və futbolçularının dəhlizi və paltardəyişmə otaqlarını nə günə saldıqlarını görmək lazımıydı. Təptəzə «razdevalka»nın divarlarına şampan töküblər. İçəriyə keçmək mümkün deyildi, elə bil, gölə düşürdün. Yerə 50-dən artıq butulka atmışdılar, iydən baş partlayırdı. Oyun qurtarandan sonra azarkeşləri başlayıb Şüvəlan camaatını təhqir eləməyə. Sakit qəsəbədir, orda belə şeylərə ciddi baxırlar. Amma bunlar hər söyüşü söyüb, qışqır-bağırla gediblər. Hamısını videoya çəkib, AFFA-ya göndərmişəm. İntizam Komitəsi qərar çıxarıb ki, «Neftçi» dəyən ziyanı ödəməlidir. Bu günə qədər onlardan bir adam bizimlə əlaqə saxlamayıb ki, nə məsələdir. Cəriməni ödəmək yadlarına düşmür». Klub prezidentinin dediyinə görə, baş verənlər onları sərt qərar çıxarmağa vadar edib: «Demişəm, mən «Neftçi»nin azarkeşlərini bir də stadionumuza buraxmayacam! Onlarda azarkeş görmürəm, azarkeş yoxdur. Gəlirlər ancaq dava salmağa. «Xəzər Lənkəran»la bu axırıncı oyunlarını gördüm də. Yenə cumub getdilər lənkəranlıların üstünə, aranı qarışdırdılar. Aləm dəydi bir-birinə. «Neftçi» rəhbərliyi azarkeşlərin hərəkətlərinə  ölçü götürməlidir. Axırı yaxşı qurtarmayacaq. Bir dəfə, iki dəfə, sonra göründü ki, siyasi məsələyə çevrildi. Qabağını indi almaq lazımdır. Bəyəm «Neftçi»nin rəhbərliyi görmür ki, belə şey olmaz, axırı yoxdur bunun? Bu cür azarkeşlərlə mübarizə aparılmalıdır. Hamısı balaca-balaca uşaqlardır. Qabaqlarını alsınlar da. Nədir, qabaqlarına keçəni vurub-qırmalı, istədiklərini eləməlidirlər? Şüvəlana kimin «zakaz»ıyla gəlmişdilər, bilmədim. Görürlər ki, bunlara qarşı heç bir tədbir görülmür, gündən-günə daha da artığını edirlər. Gəlirlər, ancaq özlərini mədəni aparanları içəri buraxdıracam. Hələ oyun başlamayıb, mənim stadionumda hakimlərə, şüvəlanlılara nalayiq sözlər deyirlər, AZAL-ı söyürlər. Bu, harda görünüb? Gələn il də belə olacaqsa, çempionatı keçirməyə dəyməz. Mütləq münaqişə yaranacaq. Bunun qabağını birinci «Neftçi» rəhbərliyi almalıdır».



  #6   Adınız: Teyyare;   E-mail: ---

27.05.2011 01:23

Goz azal ne gundedir ki, bir azarkes oxucusu yoxdu bunu oxuyub neyse yazsin bura))))))))))))

  #5   Adınız: HITLER;   E-mail: [email protected]

26.05.2011 23:21

BU NE KOMANDADIR? GUNDE OZUNE BIR AD QOYUR! EVVEL OZUNUZE NORMAL BIR AD TAPIN SONRA NEFTCHININ ADINI CHEKERSEN!

  #4   Adınız: ARAZ QOBULU;   E-mail: [email protected]

26.05.2011 23:12

SEN KIMSEN KI NEFTCHININ AZARKESHLERINI ORA BURAXMIRSAN? YAXSHISI BUDUR SESINI CHIXARMA YOXSA ORADAN DA SENI CHIXARARLAR QALARSAN BAYIRDA

  #3   Adınız: SIYAQUT;   E-mail: [email protected]

26.05.2011 23:10

ADE QASIMOV! AYIB DEYIL SENE? BIRINCISI STADION SENIN DEYIL!
IKINCISI DE DEVEDEN BOYUK FIL VAR! NEFTCHI BASHCHINDAN
ICAZE ALIB!

  #2   Adınız: DUNYAMALI;   E-mail: [email protected]

26.05.2011 23:01

A KISHI AZAL-NEFTCHI OYUNU YUZ IL BUNDAN EVVEL OLUB INDI NIYE
DANISHIRSAN? XEZER INTERI UDUB AVROPAYA GEDIRSEN ONA GORE
CHERENLIYIRSEN?

  #1   Adınız: METBUAT;   E-mail: [email protected]

26.05.2011 22:58

AY VAQIF QAGA BEYEM AZALIN AZARKESHI VAR KI NEFTCHI DE ONU SOYUB? HARDADIR O AZARKESHLER? SEN AXI BU NEFTCHIYE NE VERMISEN ALA BILMIRSEN? MEN BILIREM SENI DANISHDIRAN KIMDIR!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail