«İnter»də böyük partlayış!
rnrn
Kubokun final oyunundan sonra istirahətə buraxılan "İnter" iyunun 20-də bir araya gələcək. Yeni mövsümə hazırlıqlar çərçivəsində "bankirlər" ilk təlim-məşq toplanışını Türkiyədə keçirməyi planlaşdırır. İyunun 23-dən iyulun 11-dək davam edəcək ilk toplanışın başa çatmasından sonrarnkomanda qısamüddətli istirahətə yollanacaq. İyulun 16-dan 30-dək ikinci təlim-məşq toplanışının təşkili nəzərdə tutulur. Lakin hazırlığın keçiriləcəyi yer hələlik məlum deyil.
rnrnMövsümü titulsuz başa vurmaları Cahangir Hacıyevin əhvalını korlayıb. Fəxri prezident «Birlik Kuboku»ndan qalib qayıdan komandasının ölkə çempionluğu titulunu itirməsinin ardınca, kubokdan da əlini üzməsini həzm edə bilmir. Yayda avrokuboklara qatılmamanın məyusluğunu yaşayan baş sponsor bəzi radikalar qərarlar almaqdadır. «Xəzər Lənkəran»a uduzduqlarına görə komandanın rəsmiləri və futbolçuları ilə sağollaşmadan stadiondan gedən Hacıyev islahatları qaldığı nöqtədən davam etdirməyə hazırlaşır. Kaxaber Sxadadzeni baş məşqçi postundan göndərmək istəməyən Cahangir bəyin Georgi Nikolovdan üz çevirdiyi deyilir. Beş il əvvəl prezident təyin etdirdiyi bolqarın bu uğursuzluqda «payı» araşdırılır. Klubda Nikolovdan narazıların sayının artıması barədə informasiyalar, görünür, ona da çatıb. Keçmiş tennisçiyə soyuq yanaşmasaydı, yəqin ki, neçə gündür onunla görüşdən imtina etməsi ilə bağlı xəbərlər də mətbuata sızmazdı. Mövsümün sonu olduğundan, Nikolovla müqavilənin yenilənməsi uzanır və istisna deyil ki, belə hal, yəni, əməkdaşlığa nöqtə qoyulsun.
rnrnSxadadzenin də prezidentlə çalışmaqdan məmnunluq duymadığı bəllidir. Bolqarın baş məşqçinin komanda daxili məsələlərə qarışması gürcü mütəxəssisin xoşuna gəlmir. Xüsusən də, hər udulan oyuna görə futbolçulara çatası mükafat sisteminin ləğvi qıcıq yaradıb. Kaxanın özünə görə müəyyənləşdirdiyi «qara siyahı» da artıq bizə məlumdur. Maliyyə vəziyyətinin qeyri-qənaətbəxşliyi düşərgədən ayrılmaq istəyən oyunçuların sayını istər-istəməz artırır. Gürcüstanlı müdafiəçi Kaxaber Mjavanadzernvə makedoniyalı yarımmüdafiəçi Filip Despotovskidən imtina edilib. Paytaxt təmsilçisinin çoxsaylı legionerlərindən yalnız bu ikisinin müqaviləsinin müddəti bitib və rəhbərlik onlarla anlaşmanın müddətini uzatmaqrnfikrində deyil. Ötən il "İnter"in heyətində çempion olanrnMjavanadze keçən mövsümdə əsas heyətdə yerini itirdi.rnUzun müddət zədə üzündən oynamayanrncinah müdafiəçisi sağaldıqdan sonra meydana daha çox əvəzetmədən meydana çıxırdı. Despotovski isə Mjavanadzedən fərqli, indi də milli komandasına çağırılır. Ancaq ötən yay "transfer pəncərəsi"nin sonunda komandaya dəvət edilən Filip ümidləri doğrultmadı. Əsas heyətdə möhkəmlənə bilməyən makedoniyalı bolqar yarımmüdafiəçi PetarrnZlatinov zədə üzündən kənarda qalanda start "11-liy"ində yer alırdı. "Xəzər Lənkəran"la kubokun finalında ilk dəqiqələrdən meydana çıxanrnDespotovskinin bir neçə dəfə buraxdığı səhv gürcü baş məşqçinin narazılığına səbəb oldu və sonda futbolçunu əvəzlədi. Dayaq yarımmüdafiəçisi mövqeyində oynayan Despotovski kuboku da nəzərə alsaq, "İnter"də 14 oyunda keçirdi və 1 qol vurdu.rnVaxtilə Moskvarn"Spartak"ında oynamış Mjavanadze isə kubokla birgə 20 görüş keçirib.
rn"İnter"də gedişi ən çox müzakirə olunan litvalı Robertas Poşkusdur. Təcrübəli hücumçu ötən il komandanın bombardiri kimi çempionluqda böyük əməyi olsa da, başa çatan mövsümdə kölgədə qaldı. Poşkus qış fasiləsində ailə problemləri üzündən "Birlikrnkuboku"da gəlmədikdən sonra gedişi gündəmdə idi. Ancaqrnonda bir müddət əvəzedicilərə göndərilən Robertasrnsonradan əsas komandayarnqaytarıldı. Poşkus "İnter"in əsas heyətində də meydana çıxsa da, məhsuldarlığından əsər-əlamət qalmamışdı və ən əsası, latviyalı həmkarı Girts Karlsonun kölgəsində qaldı. Təsadüfi deyil ki, məhz Karlson finalın əlavə vaxtında meydana çıxaraq, hesabı bərabərləşdirdi, oyunrnsonrası penaltini də dəqiq yerinə yetirdi. Ancaq Robertasın hələ klubla 2 illik müqaviləsinin olması problemdir. Çünki transferə çıxarılarsa belə, anlaşmaya görə ona böyük məbləğ ödəməlidir ki, bu darn"İnter"ə sərf etmir. Ötən mövsüm kubokla birgə 32 oyunda 5 qol vuran baltikalının sözləşməsi 200 min dollarlıqdır. 2004-cü ildən «bankirlər»ə xidmət edən Vladimir Levin, habelə son 2 sezon burada keçirən Aleksandr Çertoqanov da klubu dəyişmək niyyətindədir. Milliləşdirilərək əvvəlcə U-21-ə çağırılan, daha sonra Berti Foqtsun gözünə girən Levina elitanın digər təmsilçilərindən sərfəli təkliflər gəlib. Ukraynalı müdafiəçi «İnter»dən aldığından iki dəfə artıq şərtlər altında keçidə razılıq vermək istəyir. Çertoqanova gəlincə, o da qazandığı pulun azlığından şikayətcildir. Müqaviləni uzatmaq barədə rəsmilərin çağırışlarına qulaq asmayan Saşa «Qəbələ»yə üz tutmaq niyyətindədir. Baxmayaraq ki, Sxadadze dayaq yarımmüdafiəçisini saxlamaq üçün bütün təsir vasitələrini işə salıb. Petar Zlatinov, Dmitri Kramarenko, Bronislav Çervenko, Girts Karlsons, Daniel Genov, Valeri Abramidze və Dmitri Kruqlov da yuxarıda sadaladığımız səbəblərdən «İnter»ə «əlvida» deməyə fürsət axtarır. Oğlu Baçananı yanında bəsləyən Sxadadze həmyerlisi İlia Kandelakinin də transferə çıxarılmasını istəyib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |