Mayın 28-də Qız Qalasının qarşısında 17 yaşadək qızlardan ibarət komandalar arasında futbol üzrə dünya çempionatına dəstək kampaniyası keçirilib. Stadium.az xəbər verir ki, kampaniya Azərbaycan Futbol Federasiyaları Assosasiyası və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunub.
Qız Qalası yaxınlığında qurulan səyyar futbol medyançasında keçirilən görüşdə 17 yaşadək qızlardan ibarət komandaya dəstək vermək üçün baş məşqçi Berti Foqtsun rəhbərliyi ilə Azərbaycan milli komandasının üzvləri də iştirak edib. 2012-ci ildə Azərbaycanda keçiriləcək qızlar arasında futbol üzrə dünya çempionatında iştirak etmək üçün 15 ölkənin komandası Bakıya gələcək. Azərbaycan ilk dəfə olaraq futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək.