"Qarabağ" iki futbolçu ilə müqavilə bağladı

31.05.2011 | 4094 dəfə oxunub

"Qarabağ" daha iki futbolçusu ilə yeni müqavilə imzalayıb. Stadium.az xəbər verir ki, Ağdam təmsilçisi Zaur Həşimov və İlqar Qurbanovun müqaviləsinin müddətini uzadıb.
 
Hər iki futbolçu ilə 1 illik anlaşma imzalanıb. Qeyd edək ki, əvvəllər "İnter" və "Xəzər Lənkəran"ın formasını geyinmiş Zaur 2008-ci ildən "Qarabağ"da çıxış edir və komanda ilə Azərbaycan Kubokunu qazanıb.
 
Türkiyənin "Fənərbaxça" klubunun yetirməsi olan İlqar Qurbanov isə karyerası ərzində Azərbaycanda "Xəzər Lənkəran" və AZAL, Türkiyədə isə "Sivasspor", "Boluspor" və "Mersin İdman Yurdu"nun formasını geyinib. O, "Qarabağ"a bu ilin yanvar ayında "Mersin İdman Yurdu"ndan gəlib.
 
"Qarabağ" bundan əvvəl Admir Teli, Georgi Adamiya, Vüqar Nadirov və Namiq Yusifovla yeni müqavilə imzalamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail