AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də Qazaxıstan, iyunun 7-də isə Almaniya yığmaları ilə qarşılaşacaq Azərbaycan milli komandasına daha bir futbolçu çağırılıb. Stadium.az xəbər verir ki, baş məşqçi Berti Foqts “Bakı” klubunun üzvü olan qapıçı Aqil Məmmədovu millinin düşərgəsinə dəvət edib.
Maraq üçün xatırladaq ki, bu, artıq komandamızın düşərgəsinə dəvət edilən dördüncü qapıçıdı. Çünki öncədən almaniyalı mütəxəssis “Xəzər Lənkəran”dan Kamran Ağayevi, “Qarabağ”dan Fərhad Vəliyevi, “Abşeron”dan isə Andrey Popoviçi milliyə dəvət etmişdi. Düzdü, sonuncu dünən keçirilən Azərbaycan və Moldovanın gənclərdən ibarət komandalarının oyununda iştirak etmək üçün Lənkərana göndərilsə də, o, bu gündən yenidən əsas milliyə qoşulmalıdı.