Premyer Liqanın ötən mövsümündə 192 oyun keçirildi. Stadium.az xəbər verir ki, rəsmi statistik göstəricilərə əsasən bu oyunları 441546 tamaşaçı izləyib.
Bu isə, orta hesabla hər oyuna 2299 tamaşaçı deməkdi. Qeyd edək ki, ən çox azarkeş "Xəzər Lənkəran"ın ev oyunlarını izləyib - 163000 nəfər. Azərbaycan kubokunun sahibinin hər ev oyununu orta hesabla 10187 azarkeş izləmiş olub. Ötən mövsümün ən çox azarkeş toplayan qarşılaşmaları isə bunlardı:
17 oktyabr 2010-cu il, IX tur
Gəncə - Xəzər Lənkəran 4:1. Azarkeş sayı: 17500 nəfər
17 mart 2011-ci il, XXIV tur
Xəzər Lənkəran – Neftçi 1:1. Azarkeş sayı: 15000 nəfər
21 avqust 2010-cu il, III tur
Xəzər Lənkəran – İnter 0:0. Azarkeş sayı: 13500 nəfər