Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının heyətinə dəvət olunmuş qapıçı Andrey Popoviç 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının moldovalı həmyaşıdları ilə keçirəcəyi yoldaşlıq oyunu ilə əlaqədar mayın 30-da U-21-in sərəncamına göndərilmişdi. Stadium.az xəbər verir ki, artıq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyununu keçirdiyi və təlim-məşq toplanışını başa vurduğu üçün Popoviç milli komandanın düşərgəsinə qayıdıb.
Maraqlıdı ki, Popoviçlə yanaşı komandamızın düşərgəsində daha iki qapıçı – Kamran Ağayevlə (Xəzər Lənkəran) Fərhad Vəliyevin (Qarabağ) olmasına baxmayaraq almaniyalı mütəxəssis bu gün “Bakı”nın gənc qolkiperi Aqil Məmmədova da dəvət göndərib və hazırda əsas komandamızda Qazaxıstan və Almaniya ilə oyunlar öncəsi 4 qapıçı var.