Millimizin və “Neftçi”nin müdafiəçisi Rail Məlikov AVRO-2012-nin sabah keçiriləcək Qazaxıstanla oyunu öncəsi bu gün keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Stadiumaz xəbər verir ki, komandamızın vitse-kapitanı bunları dilə gətirib:
“Hesab edirəm ki, Almaniya yığmasının baş məşqçisi Yoahim Lövün Qazaxıstanın Azərbaycandan daha güclü olması haqda dedikləri, düz deyil. Qoy gəlib Bakıda bizdən heç olmasa bir xal alsınlar. Ondan sonra deyərik kim daha güclüdü. Bura da qələbə dalınca gəlmişik. Elnur Allahverdiyevlə aramızdakı münasibətlərə gəlincə, o vaxt kiçik bir anlaşılmazlıq yaranmışdı. İndi isə artıq hər şey arxada qalıb. Yığmada kimin hansı klubdan olmasının elə də fərqi olmur. Hamımız eyniyik”.