Azərbaycan-Almaniya qaşılaşmasının proqramı məlum oldu
03.06.2011 | 4714 dəfə oxunub
AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də Bakıda qarşılaşacaq Azərbaycan və Almaniya milli komandalarının mətbuat üçün açıq məşqlərinin, habelə hər iki komandanın baş məşqçisinin oyunöncəsi mətbuat konfransının vaxtı müəyyənləşib. Stadium.az xəbər verir ki, hər iki komandanın iyunun 5-dən etibarən oyun gününə kimi bütün tədbirlərinin proqramı məlumdu.
Həmin proqramları olduğu kimi diqqətinizə çatdırırıq. Əlavə edək ki, bu haqda məlumatı AFFA-nın rəsmi saytı yayıb.
5 iyun 2011-ci il
Saat 10:30. Tofiq Bəhramov adına Respublika stadionu
Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi
5 iyun 2011-ci il
Saat 20:00. “Aeroport otel”
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı
6 iyun 2011-ci il
Saat 19:30. “Hyatt Regency” oteli
Almaniya millisinin baş məşqçisi Yoahim Lövün mətbuat konfransı
6 iyun 2011-ci il
Saat 21:00. Tofiq Bəhramov adına Respublika stadionu
Almaniya millisinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi