Heç-heçə seriyasını qələbə ilə qıraq!

07.11.2013 | 4187 dəfə oxunub

"Rəvan” Topaz Premyer Liqasının XIII turu çərçivəsində "Sumqayıt” klubunu qəbul edəcək. Noyabrın 8-i "Bayıl Arena”da keçiriləcək görüş öncəsi tarixə baş vurub komandaların oyunlarının statistikasını incələmək yerinə düşərdi.

Komandalar indiyə qədər öz aralarında 11 oyun keçirib. Bu görüşlərdən 9-u Premyer Liqa, 2-si isə I divizion çərçivəsində baş tutub. Bu matçlarda komandamızın böyük üstünlüyü var. Belə ki, "Rəvan” Premyer Liqada "Sumqayıt” ilə keçirdiyi 9 oyundan 6-da qalib gəlib və yalnız 2 halda meydanı xalsız tərk edib. Topların fərqində də üstünlüyümüz var – 13:9.

I diviziondakı qarşılaşmalara gəlincə, rəqibi 2010/11 mövsümünün hər iki oyununda "quru” hesabla üstələmişik – 4:0, 1:0. Deməli, ümumi balansda 11 oyundan 8-də qələbə əldə etmişik.

Qeyd edək ki, "Sumqayıt” ilə Premyer Liqadakı ilk oyunumuzdan sonar bu rəqiblə heç vaxt "sülh” bağlamamışıq. Həmin bu istisna ev oyununa təsadüf edib. Ümumiyyətlə, doğma divarlar arasında "Sumqayıt”a cəmi 1 dəfə uduzmuşuq: ötən il dekabrın 16-da baş tutan görüş 2:3 hesabı ilə rəqibin xeyrinə nəticələnib. Bu həm də rəqibin Premyer Liqada səfərdə əldə etdiyi son zəfərdir. Həmin oyundan sonra "Sumqayıt” düz 14 səfər matçında hesabına 3 xal yaa bilməyib. "Rəvan” isə ev oyunlarında ötən mövsümün axırlarında ardıcıl 4 qələbə qazansa da, cari mövsüm ev qələbəsinə həsrətdir. İlk 2 ev oyununda uduzan komandamız sonrakı 4 qarşılaşmada "sülh” bağlayıb. Seriyaya qələbə ilə son qoymaq əla olardı.

Sonda komandalar arasında ölkə çempionatında baş tutan oyunları da diqqətinizə çatdırırıq:

13.09.2010               Rəvan – Sumqayıt                4:0                 
13.09.2011Sumqayıt - Rəvan0:1
13.09.2011Rəvan – Sumqayıt0:0
13.09.2011Sumqayıt - Rəvan0:1
13.09.2012Sumqayıt - Rəvan0:1
13.09.2012Rəvan – Sumqayıt3:2
13.09.2012Sumqayıt - Rəvan0:1
13.09.2012Rəvan – Sumqayıt2:3
13.09.2013Rəvan – Sumqayıt3:0
13.09.2013Sumqayıt - Rəvan4:1
13.09.2013Sumqayıt - Rəvan0:1

revanfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail