"Qarabağ" Türkiyədə hazırlıqlara başladı

10.06.2011 | 4038 dəfə oxunub

"Qarabağ" 2010-2011 mövsümünün ilk təlim-məşq topanışına başlayıb. Stadium.az xəbər verir ki, 3 həftə sonra Avroliqanın ilk turunda meydana çıxacaq komanda Bakıda 3 günlük məşqləri başa vuraraq Türkiyəyə yola düşüb.
 
Türkiyəyə Bakı-Ankara reysiylə yollanan Ağdam klubu 10:30-da paytaxtı tərk edib, 2 saat 30 dəqiqə sonra isə Ankaraya çatıb. Ankaradan 80 km aralıda yerləşən Qızılcahamam bölgəsinə yollanan komanda 5 ulduzlu "Patalya" otelində məskunlaşıb.
 
Məlum səbəblərdən "Qarabağ" təlim-məşq toplanışına cəmi 12 futbolçuyla yollanıb. Bojan Pavloviç, Emin İmaməliyev, Zaur Həşimov, Nderim Nedzipi, Namiq Yusifov, İlqar Qurbanov, Qara Qarayevlə yanaşı, icarədən geri dönən Osman Umarov, Tural İsgəndərov, Murad Səttarlıyla bərabər əvəzedici heyətdən Elgiz Kərəmli və Kamil Hüseynov "kamp"da ilk gündən iştirak edən futbolçulardı.
 
Millilərin düşərgələrində olmaları səbəbindən 11 futbolçu  bir qədər gec düşərgəyə qoşulacaq. Andrey Rubin, Ansi Aqolli və Admir Teli iyunun 12-də, Fərhad Vəliyev, Rəşad Sadıqov, Rəşad Sadiqov, Maksim Medvedev, Vüqar Nadirov, Rauf Əliyev və Georgi Adamiya isə 13-də komandanın düşərgəsinə qoşulacaq.
 
"Qarabağ"ın dünən 1 məşqi baş tutub. Yerli vaxtla 17.00-da komanda ilk məşqə çıxıb. Baş məşqçi Qurban Qurbanovun qısa nitqindən sonra futbolçular çalışmaya başlayıb. Daha çox gücləndirici hərəkətlərə üstünlük verildiyi məşqin sonunda gənclər və təcrübəlilər 2 qrupa bölünərək 2 toxunuşla futbol oynayıb. İlk yarıda Bojan Pavloviç, Emin İmaməliyev, Zaur Həşimov, İlqar Qurbanov, Nedzipinin komandası 4:0 öndə olsa da, 2-ci hissədə "qoca"ların heyətində məşqçilərdən Elçin Rəhmanov, gənclərdən isə Qurban Qurbanovun oyuna daxil olması vəziyyəti köklü sürətdə dəyişib. Belədə, baş məşqçinin komandası 1 top fərqiylə qələbə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail