"Atam varlı deyil, məni bir də milliyə çağırmırlar" MÜSAHİBƏ

11.12.2013 | 5485 dəfə oxunub


Budəfəki "tapıntımız" "Ural"ın yetirmısidi. Son klubu "Anji"si olan Qasay Qasayov. Zaqatalada doğulub, sonradan ailəsi ilə Rusiyaya köçüb. AFFA-dan ona 3 dəfə zəng olunub. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da bu futbolçudan xəbərdardı və çıxışı diqqət mərkəzindədi. Eyni zamanda Rusiya klublarının. Qasay söhbətdə millidəki rüşvət və "day-day"dan söz açdı.


- 1 yaşım olanda ailəm Rusiyaya köçüb, Yekatrinburqa. Futbola 7 yaşımda “Ural”ın məktəbində başlamışam. 17 yaşım olanda “Anji”nin əvəzedici komandasına dəvət almışam. Həmin ərəfədə 3 dəfə məni Azərbaycan millisinə çağırıblar. AFFA-dan zəng gələndə özümü çox xoşbəxt hiss etmişdim. Xarici pasportumda problem olduğundan gələ bilmədim. Sonradan pasport problemini yoluna qoydum, bu dəfə isə AFFA-dan zəng gəlmədi. İnanıram ki, növbəti toplanışlarda zəng gələr. Özüm də millidə oynamağı çox istəyirəm.

Sonradan maraqlanmadın ki, niyə zəng etmədilər?

- Səbəbini bilmədim. Görünür, sonradan yadlarından çıxdım. Ya da, Azərbaycanda və Rusiyada o qədər istedadlı futbolçu var ki, mənə ehtiyac görmədilər.

Xəbərin var ki, bizim millidə oynamaq üçün həm “day-day”ın, həm də məşqçiyə pulun olmalıdı?.

- (duruxur). Pul? Heç futbolçu da millidən pul ummamalıdı. Pul bu gün var, sabah yoxdu, milli hər zaman olacaq. Onun naminə pulsuz da oynamaq olar.

Deyəsən, sualımı başa düşmədin. Demək istəyirəm ki, bəlkə sənin AFFA-da adamın, pullu “day-day”ın yoxdu, ona görə əlaqə saxlamayıblar?

- Təəssüf ki, millidə bu cür hallar var. Futbolçunu əlaqələrə, yaxud pula görə çağırmırlar. Mənim o səviyyədə adamlarım yoxdu. Atam da varlı deyil.

Elxan Məmmədovu tanıyırsan?

- Şəxsən tanımıram. Bakıda olanda onu məcsiddə görmüşəm.

Kimi? Elxan Məmmədovu?

- Mən onu öz gözümlə gördüm. Cümə namazına gəlmişdi.

Bəsdi, sən Allah! Elxan heç məscidin yolunu tanımır. Sən bir də yaxşı-yaxşı fikirləş.

- (bir qədər fikirə gedir). Ola bilər, başqa-başqa insanları nəzərdə tuturuq. Mən futbolçunu, siz isə başqa adamı.

Mənim dediyim AFFA-nın baş katibidi.

- Şəxsi tanışlığım yoxdu, adını eşitmişəm.

Demək istəyirəm ki, milliyə düşmək onluqdu.

- Eybi yox.

Hazırda “Anji”dəsən?

- Yaxınlarda müqaviləm başa çatdı. Yenisini imzalamamışam və istəyirəm gələn təkliflər üzərində ciddi fikirləşim. Azərbaycan variantı mümkündü. Özüm də vətənə dönməyi və oynamağı çox istəyirəm.

Məndə məlumat var ki, “Qarabağ” sənlə maraqlanır.

- “Qarabağ”a keçidim mümkündür. Özüm “Qarabağ”da oynamağı istərdim. Oyun tərzini bəyənirəm.

Rusiyadakı azərbaycanlı futboldçulardan kimlərə əlaqən, münasibətin var?

- Aleksandr Səmədovla yox, Emin Mahmudovla yaxşı münasibətdəyəm. Mənə qardaş kimidi. Səmədov artıq Rusiya millisində oynayır və komandaya uyğunlaşıb. Eminə gəlincə, o da Rusiyanın gənclər komandasında oynayır. Yəqin Emin tezliklə Azərbaycanın xeyrinə seçim edər.

Zaqatalada doğulmusan. “Simurq” da bu rayonun komandasıdı. Oynamaq istəməzdin?

- “Simurq” haqda eşitmişəm. Güclü futbolçuları var. Əlbəttə, oynamaq istərdim. Doğma rayonumun komandasında oynamaq mənim üçün böyük şərəf olardı.

Rusiyaya gedəndən sonra Zaqatalada heç olmamısan?

- Olmuşam. Çox gözəl yerdi, xoşuma gəlir.

“Sumqayıt” da sənin kimi ölkə xaricində yaşayan  gəncləri toplayır. Bu klubun prezidenti Kamran Quliyev sənə zəng etməyib?

- Tanıyıram onu. “Sumqayıt”dan isə heç kim zəng etməyib. Hazırda Rusiyada 1 klubdan dəvət almışam. Azərbaycanda oynamaq istədiyimdən, onlara cavab deməmişəm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail