"Qəbələ"nin Braziliyada oyun təqvimi müəyyənləşdi

11.12.2013 | 4787 dəfə oxunub

“Qəbələ”nin 17 yaşlı futbolçularından ibarət komandası dekabrın 15-dən 21-dək Braziliyada keçiriləcək "Laranja Mekanika Beynəlxalq Kuboku" turnirində iştirak edəcək. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarış Braziliya Federativ Respublikasının Parana ştatının Araponqas şəhərində təşkil olunacaq. 

Təmsilçimiz səfərə sabah Bakı – İstanbul - San-Paulu - Londrina reysi ilə çıxacaq. Turnirə 2 gün əvvəldən getməkdə məqsəd yerli mühitə uyğunlaşmaqdır.

Akademiyanın hollandiyalı direktoru Stenli Brardın başçılıq etdiyi kollektiv Cənubi Amerikaya 22 futbolçu ilə yola düşəcək: qapıçılar: Turxan Həsənov, Elnur Orucov, Toğrul Məhəmmədbəyli; müdafiəçilər: Bəhlul Mustafazadə, Çingiz Hüseynov, Sahil Mirzəyev, Ayxan Əsədov, Mirəli Məmmədzadə, Yusif Nəbiyev, Elmiz İsmayılov; yarımmüdafiəçilər: Hacıağa Hacıyev, Fərid Məmmədov, Tural Məmmədrzayev, Əli Səmədov, Emin Zamanov, Baxşəli Baxşəliyev, Rövlan Muradov; hücumçular: Əziz İsmayılov, Ramiz Məmmədzadə, Roman Hüseynov, Ülvi İskəndərov, Muxtar Əliyev.

Oyunlar Bələdiyyə Stadionunda (Estadio Municipial) və “Laranja Mekanika” stadionunda keçiriləcək. Turnirin açılış matçında “Qəbələ” meydan sahibi “Laranja Mekanika” ilə üz-üzə gələcək. Yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq: 

A qrupu: 
“Laranja Mekanika”, “Palmeyras” (hər ikisi Braziliya), “Əl-Əhli” (BƏƏ), “Qəbələ”

B qrupu: 
“Koritiba”, “Flamenqo”, “Londrina” (hamısı Braziliya), “Mohammed VI” Futbol Akademiyası (Mərakeş)

Turnirin təqvimi belədir:
15 dekabr

17:00 “Laranja Mekanika” – “Qəbələ”

16 dekabr
09:00 “Koritiba” – “Mohammed VI”
10:45 “Londrina” – “Flamenqo”
19:00 “Əl-Əhli” – “Palmeyras”


17 dekabr 
09:00 “Mohammed VI” – “Flamenqo”
10:45 “Koritiba” – “Londrina”
17:00 “Qəbələ” – “Palmeyras”
19:00 “Laranja Mekanika” – “Əl-Əhli”


19 dekabr
09:00 “Mohammed VI” – “Londrina”
10:45 “Flamenqo” – “Koritiba”
17:00 “Qəbələ” – “Əl-Əhli”
19:00 “Palmeyras” – “Laranja Mekanika”


20 dekabr
09:00 A1 - B2
10:45 A2 - B1
17:00 A4 - B4
19:00 A3 - B3


21 dekabr
10:45 Final

"Laranja Mekanika Beynəlxalq Kuboku” eyni zamanda işgüzar xarakter daşıyacaq. Belə ki, Stenli Brard dekabrın 18-də yerli mütəxəssislər və turnir iştirakçıları üçün seminar keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail