AFFA İcraiyyə Komitəsinin iclası - FOTOREPORTAJ

18.12.2013 | 3192 dəfə oxunub

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Aparılmış müzakirələrdən sonra yekdilliklə aşağıdakı qərarlar qəbul edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müqaviləsi 2015-ci il dekabrın 31-dək uzadılsın.
2. UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olması lisenziyalaşdırma prosesində A dərəcəli meyar (mütləq) kimi qəbul olunsun.
3. Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunsun və onun məvacibi AFFA-nın hesabına ödənilsin. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.
4. İcraiyyə Komitəsinin 14 avqust 2013-cü il tarixli iclasında klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qəbul edilmiş qərarın icrasının müddəti 2 ay uzadılsın. Göstərilən müddətə qədər qərarı müvafiq qaydada icra etməyən klublara İntizam Komitəsi tərəfindən ciddi sanksiyalar tətbiq olunacaq.
 
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail