"Şaxtyor"un futbolçusu: "Azərbaycandan dedilər ki, ilinə 300 min avro veririk" AÇIQLAMA

20.12.2013 | 6191 dəfə oxunub

Tornike Okriaşvili “Şaxtyor”un futbolçusudu. Gürcüstan milli komandasının da hərdən-bir formasını geyinir. Donetks klubu onun cavan olduğunu nəzərə alaraq, hər mövsüm bir komandaya icarəyə verir.


Rustavi “Olimpi”sinin yetirməsidi. Əksər gürcü futbolçular kimi legioner olmağı arzu edirmiş. Ona görə də, “Qaqra”da oynadığı vaxtda “Şaxtyor”dan gələn təklifə “yox” deyə bilməyib.


2010-cu ildən Donetks təmsilçisinin futbolçusu olsa da hələ bu klubda rəsmi debüt etməyib. Ukrayna Premyer Liqasında yarışan “İlyiçevets”dı isı 44 görüş keçirib və 4 qol vurub.


Əsasən fərdi ustalığı ilə seçilir Tornike. “Zenit” də baxışa çağırıb onu, amma maddi məsələlərdə əl sıxışa bilməyiblər. “Anderlext” isə gənc futbolçunu “Şaxtyor”la mübarizədə uduzub.


Donetsklilər Okriaşvilini icarəyə götürüb ilk dəfə. Bunun üçün “Qaqra”ya 1 milyon avro ödəyib. Futbolçu “Şaxtyor”a geri dönsə də, yenidən icarəyə veriləcək.


Okriaşvilinin Stadium.az-a verdiyi açıqlamasında görə Azərbaycandan 3 klub konkret çempionluğa oynayan “Qəbələ”, “Bakı” və “İnter” onunla maraqlanır: “Mənə indi bir çox ölkələrdən təkliflər var. Menecerimlə də danışırlar. Mənim özümə də zəng edənlər olur. Bir ay bundan əvvəl “İlyiçevets”dən “Şaxtyor”a qayıtdım. Ancaq bilirəm ki, yenə icarəyə verəcəklər məni. Mən isə artıq Ukraynada oynamaq istəmirəm. Başqa ölkədə oynamaqdan yanayam. Azərbaycandan mənə təkliflər var. Amma sizinkilər az pul verir. Azərbaycandan menecer var idi, dedi səninlə görüşmək istəyirəm. Məsələni elə telefonda danışdıq, görüşməyə ehtiyac olmadı. Niyə? Çünki mənə dediyi pula heç mən ora gəlmərəm. Deyir ki, ilinə 300-350 min dollar verərik. Mən də dedim get işinlə məşğul ol. “Şaxtyor”a 1 milyon avroya gətiriblər məni. Necə illik 300 minə gəlim?

Qiymət söhbəti ilə menecerim məşğuldu. Sadəcə həmin menecer birbaşa keçdi bu pul söhbətinə. Elə məbləğ dedi ki, özümü saxlaya bilməyib etiraz etdim. Əgər yaxşı pul təklif etsələr, gələrəm. Niyə gəlməyim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail