"Xəzər Lənkəran" "Neftçi"yə qol vuranı alacaq?
Mustafa Dənizli gəlsə belə, “Xəzər Lənkəran”da problemlər qalmaqdadı. Təbii ki, türkiyəli mütəxəssisin komandanı düzəldəcəyinə ümid böyükdü. Lənkəranlı azareşlər ona çox inanır. Eləcə də klub rəhbərliyi.
Komandanın qeyri-stabil çıxış etməsinin əsas səbəblərindən biri də hücum xəttinin dişsiz olmasıdı. Nə Mbila Etame, nə də Nildo "Xəzər"in istədiyini verə bilmir. Stadium.az xəbər verir ki, Lənkəran klubu qışda heyətə forvard cəlb edəcək. Təbii ki, qışda keçiriləcək təlim-məşq toplanışları zamanı çox sayda oyunçular baxışdan keçəcək. Amma indidən komandaya gətirilə biləcək bir futbolçunun adı var.
Lənkəran yaxşı tanıdığı "Vasluy"dan oyunçu almaq istəyir. Menecerlər komandaya Mike Temvanyeranı məsləhət görüb.
1982-cü ildə Zimbabvedə dünyaya göz açıb. Ölkəsində "CAPS United"də oynadıqdan sonra Avropaya qaçıb. Əksər həmyerliləri kimi. İlk dayanacağı isə Serbiyada İvanjiça şəhəri olub. Şəhərin “Yavor” klubu afrikalıya qollarını açıb. Forvarddan xeyir ala bilməyən klub onu birinci liqa klubu "Boraç"a verib. Bir il də Serbiyada oynadıqdan sonra "Vasluy" Mikeni heyətinə cəlb edib.
Gəldiyi gündən “Vasluy”da əsas heyətdə oynayan zimbabveli komandaya dərhal öyrəşib. Həm yerli çempionatda, həm də avrokuboklarda komandasının vacib qollarını vurub. "Vasluy"un heyətində keçmiş intertoto kubokunun oyunu çərçivəsində "Neftçi"yə qarşı forma geyinib. Bakıda 1:2 hesabı ilə məğlub olduqları oyunda Mike 85 dəqiqə meydanda olsa da qol vura bilməyib.
Rumıniyada keçirilən ikinci görüşdə isə afrikalı işinin öhdəsindən lazımınca gəlib. 2008-c ilin iyul ayında hesab 1:0 olarkən “Neftçi”nin qapısından ikinci qolu keçirirərək onlara “gülə-gülə” deyib.
İndi isə 31 yaşlı hücumçunun Azərbaycanda çıxış etmək şansı çıxıb. Mustafa Dənizli də rəhbərikdən forvardın alınmasını istədiyindən Mikenin qışda baxışa gələcəyi gözlənilir. Cüssəli forvard “Vasluy”da 350 min avro qazanır.
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |