Rusiya millisinin üzvü Azərbaycana gəlir
Roman Adamovu yəqin ki, tanımayan yoxdu. 31 yaşlı Adamov ampluaca hücumçudu. Rusiya milli komandasının sabiq üzvüdü. Stadium.az xəbər verir ki, Volqoqrad “Olimpiya”sının yetirməsi olan Roman Azərbaycan klubuna gələ bilər. Vaxtilə “Şaxtyor”un da formasını geyinmiş forvard 2001-2004-cü illərdə “Rostov”un formasını geyinib. Eyniadlı şəhərin komandasında 62 matçda 11 qol vurmuş Adamov bir mövsüm sonda “Terek”ə keçib. Bir mövsümə Çeçenistan klubunda 30 oyun keçirib və 9 da qol vurub. Ancaq Rusiya Adamovu daha çox “Moskva”nın heyətində keçirdiyi oyunla tanımağa başlayıb.
2006-2008-ci illərdə paytaxt klubunun heyətində Rusiya Premyer Liqasının 63 görüşə çıxan ucaboy hücumçu 24 dəfə qol da vurub. Bu oyunu ilə o, iddialı klubların diqqətini cəlb edib. Kurban Berdiyev 2008-ci ildə onu “Rubin”ə gətirə bilib. Ancaq 4 il məxsus olduğu Kazan təmsilçisinin heyətində cəmi 26 oyun keçirib. “Krılya Sovetov” və “Rostov”da icarə əsasında çıxış etmiş hücumçu 2012-ci ildə müqavilə ilə “Rostov”a keçir. Burada da çox tab gətirə bilməyən Roman 2012-ci ildə yenidən legioner həyatı yaşamaq qərarına gəlib. Bu səbəblə o, yüksəlişdə olan Çexiyanın “Viktoriya” klubuna keçib. Plzen təmsilçisinin heyətində indiyə kimi 6 oyun keçirərək 1 qol vurub.
İndiyə
kimi də bu klubun üzvü olan Adamov iş yerini dəyişmək haqda düşünür. Belə ki,
Adamov Çexiyada xoşbəxt deyil və bunu hər dəfə rus mətbuatına açıqlamasında
deyir. Bu an isə Azərbaycan klublarından gələn təklif onun üçün düşərli ola bilər.
Premyer Liqamızın iddialı klubları “vuran ayağ”ı heyətinə cəlb etmək haqda
düşünür. Transfer qiyməti 300 min avro olan Adamovu Azərbaycana gətirmək bizim
klublar üçün heç də çətin deyil. Hər halda bu qiymətə iddialı klublarda hətta
yerlilərimiz oynayır. Ola bilsin ki, qışdan sonra Adamov Azərbaycan Premyer
Liqasında debüt etsin. Onu ən yaxşı tanıyan isə “Qəbələ”nin baş məşqçisi Yur
Syomindi. Ucaboy hücumçu Syominin
komandasında əsas heyətə düşməyə də çətinlik çəkməz. Hər halda Daniyel Subotiçlə
irəli ucda yaxşı tandem təşkil edə bilər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |