Cihan Özkara: " Foqtsla müqavilənin müddəti uzadıldığı üçün çox sevincliyəm" MÜSAHİBƏ

17.01.2014 | 4308 dəfə oxunub

Azərbaycan millisinin və "Sivasspor" klubunun hücumçusu Cihan Özkara Almaniya mətbuatına müsahibə verib. 


- "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin heyətində dünyanın ən güclü futbolçusu Kriştiano Ronaldoya qarşı oynamısan. Ona qarşı oyunda hər hansı həyəcan hiss etmədin ki?

- Oyundan öncə həyəcanlı idim. Sanki mədəmə ağrılar girmişdi. Bununla belə, Ronaldo ilə birgə meydanda olmaq böyük şərəfdir. Onun varlığı belə stadionda xüsusi atmosfer yaradırdı. Ancaq hakimin start fitindən sonra heç kəs onun barəsində düşünmürdü. Hər kəs öz oyununa köklənmişdi.

- Oyun zamanı Ronaldo ilə fərdi mübarizən oldumu?

- Həm də necə. Mənim əsas işim standart vəziyyətlər zamanı onun qarşısını almaq idi. Təbii ki, bu da səndən böyük fiziki güc tələb edirdi. Standart vəziyyətlər zamanı ona müdaxilə etməli və başla oynamasına imkan verməməli idim. Əks halda onun qarşısını almaq mümkün deyildi. Hər kəs bilir ki, Ronaldo fürsət düşən kimi rəqibi özünəməxsus fintləri ilə keçib, qolunu vurur. Düzdü həmin oyunda biz məğlub olduq - 0:3. Lakin Ronaldo qol vura bilmədi. Bununla da, missiya başa çatdı. 
 
- Millidəki baş məşqçin Berti Foqts 2013-cü ildə "Qızıl top"a namizədlərdən Kriştiano Ronaldoya, kapitanın Rəşad Sadıqov isə Frank Riberiyə səs verdi. Hansının qərarının daha düzgün olduğunu düşünürsən?

- Hər ikisi yüksək səviyyəli futbolçulardır. Ancaq ötən il Ronaldo "Qızıl top"a daha layiq idi. Berti Foqtsun qərarı ilə razıyam.

- Foqtsun özü də vaxtilə dünya ulduzu olub. Xüsusilə də baş məşqçi kimi...

- Foqts nəinki yaxşı baş məşqçi, eləcə də böyük insandır. Onunla işlədiyim üçün çox xoşbəxtəm və bununla qürur duyuram. Foqtsla müqavilənin müddəti uzadıldığı üçün çox sevincliyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail