"Dila"nın üzvü Azərbaycan klubunda ÖZƏL

18.01.2014 | 6308 dəfə oxunub

Birinci divizionda iddialılardan sayılan "Qaradağ Lökbatan" heyətini gücləndirəcək. Stadium.az-a daxil olan olan məlumata görə, birinci divizion klubu üç azərbaycanlı ilə müqavilə imzalayıb. Onlar Ramil Nuriyev, Orxan Babayev və Timur Dadaşovla rəsmi müqaviləyə qol çəkib.

Bu son transfer olmayacaq. "Qaradağ Lökbatan" Gürcüstandan da oyunçu gətirəcək. Belə ki, Adil Mahmudov komandasında "Dila"nın üzvü Valter Xorquaşvilini dəvət edib. 1987-ci ildə Qoridə dünyaya göz açan Valter uşaq yaşlarından legioner həyatı yaşamağa başlayıb. Belə ki, 2004-2008-ci illərdə Moldovanın "Tiraspol" klubunda oynayan Valter ampluaca yarımmüdafiəçidi. "Tiraspol"dakı 4 illik macəradan sonra ölkəsinə dönən Valter "Borjomi" ilə anlaşıb. 2008/2009 mövsümündə burada oynayan yarımmüdafiəçi ardınca "Qaqra"ya keçib. 2010/2011 mövsümündə is Finlandiyada "Rovaniemi"də oynamış Xoqruaşvili 2011-ci ilin qış ayından "Dila" ilə üç illik müqavilə imzalayıb. 

"Qaradağ Lökbatan"a baxışa gələcək Xoqruaşvili özünü ən yaxşı tərəfdən göstərəcəyi halda komandada qalacağı ehtimal edilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail