«Bakı» «İnter»lə oyununun hazırlıqlarına başladı

15.12.2010 | 3161 dəfə oxunub

Premyer Liqada bu tur "İnter"lə qarşılaşacaq «Bakı»  artıq oyunun hazırlıqlarına başlayıb.

rn

Bir günlük fasilənin ardından bir yerə toplaşan Vinfrid Şeferin yetirmələri əvvəlcə əsas təbii örtüklü meydanda yüngül qaçış hərəkətlərini yerinə yetiriblər. Ardından kiçik meydançada  toplu çalışmalar və taktiki tapşırıqlar üzərində işləyən futbolçular məşqin sonunda iki komandaya bölünərək ikitərəfli oyunda qüvvələrini sınayıblar.

rn

Ernad Skuliç məşqçi Norbert Haunsteinin nəzarəti altında fərdi məşq keçib. Qapıçı Marko Şarliyanın çiynindən zədələnməsi səbəbindən onu əvəzedici komandada olan həmkarı əvəzləyib.

rn

Digər qapıçı Aqil Məmmədov və son oyunlarda sabit oyunu ilə diqqətləri çəkən gənc yarımmüdafiəçi Əziz Quliyev Berti Foqtsun dəvəti ilə Azərbaycan milli komandasının düşərgəsi yollanıblar.

rn

Hacı Əhmədov və Rəhman Hacıyev də məşqi kənardan izləyənlər arasında olublar. Hər iki futbolçu əməliyyatdan yeni çıxdıqları səsəsi ilə bir müddət  yaşıl meydanlardan kənarda qalmalı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail