"Neftçi"nin müdafiəçisi türk klubuna keçə bilər

24.01.2014 | 4720 dəfə oxunub

Hazırda Türkiyənin Antalya şəhərində olan “Neftçi” klubu Bakıya ciddi itki ilə qayıda bilər. Son ölkə çempionunun aparıcı futbolçularından olan braziliyalı Bruno Bertuççinin qonşu ölkədə qalmaq ehtimalı var. Buna səbəb “Əskişəhərspor” seleksionerlərinin 24 yaşlı sol cinah müdafiəçisinə ciddi maraq göstərməsidir. Belə ki, Superliqa təmsilçisi cənubi amerikalını heyətinə qatmaq istəyir. Bakılıların “Fənərbaxça” ilə oyununu izləyən türkiyəlilər komandadan qalmaqalla ayrılan Tarık Çamdalın gedişindən sonra yaranan boşluğu məhz Bertuççi ilə aradan qaldırmaq arzusundadırlar.

2 ildir “Neftçi”də oynayan Brunonun və onun məxsus olduğu klubun “Əskişəhərspor”a necə cavab verəcəyi isə hələ bəlli deyil. Bir müddət əvvəl Braziliya mətbuatına müsahibəsində vətənə qayıtmaq istəyini bildirən müdafiəçinin Topaz Premyer Liqası ilə müqayisədə daha güclü sayılan Superliqaya keçidə müsbət yanaşacağı istisna deyil. Qeyd edək ki, 20 yaşadək futbolçular arasında Braziliya yığmasının heyətində dünya çempionu olan Bertuççi 2010-cu ildə “Əskişəhərspor”a icarəyə verilsə də, meydana çıxmayıb. (apasport.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail