"Futbolçularımdan narazı qalmadım"

27.01.2014 | 3734 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin  Antalya toplanışının yekunları barədə fikirlərini bildirib. Stadum.az xəbər verir ki, rusiyalı mütəxəssis ümumilikdə komandanın hazırlığından razı qaldığını, yoxlama oyunlarında futbolçuların özlərini yaxşı tərəfdən göstərdiklərini bildirib. Syomin onu narahat edən amillərə də toxunub: "Antalyadakı təlim-məşq toplanışında məqsədyönlü şəkildə çalışdıq. Burada gözəl şəraitdə hazırlaşdıq. Yoxlama oyunlarından yalnız son olaraq planlaşdırdığımız Moskva “Torpedo”su ilə matç baş tutmadı ki, bu da hava şəraiti üzündən oldu.Fikrimcə, sınaq matçlarında ümumilikdə yaxşı təsir bağışladıq. Bu oyunlarda futbolçularımdan narazı qalmadım. Məni əsas narahat edən aparıcı futbolçularımız Lorenzo Ebesilio ilə Daniel Subotiçin zədəli olmalarıdır. Ebesilionun yaxın vaxtda tam sağalıb, bizə kömək edəcəyini gözləyirik. Subotiç əsas heyət oyunçularımızdan olsa da, digər hücumçularımız hazırda pis formada deyillər. Qış fasiləsində çox tranfser etməyərək, müdafiəni gücləndirdik. Yeni futbolçularımızdan razı qaldım. Biz ikinci dövrədə ilk dövrədən çox xal topladıq. Bu templə davam edə bilsək, çempionatda ən yüksək yerlərə iddia edəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail