"Xəzər Lənkəran" Makedoniya millisinin üzvününün keçidini həll etdi

27.01.2014 | 5684 dəfə oxunub

Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” daha bir futbolçunun transferini gerçəkləşdirir. Stadium.az xəbər verir ki, Cənub təmsilçisi makedoniyalı Deyan Blajevski ilə müqavilə imzalamağı planlaşdırır. Slavik Alxasov, Orxan Əliyev, Vyekoslav Tomiç və Tyeqonu transfer edən əyalət komandası bununla da 5-ci futbolçunu heyətinə qatmış olacaq. 29 yaşlı cinah yarımmüdafiəçisinin keçidi yaxın günlərdə rəsmiləşəcək. Ölkəsinin əsas yığmasına 2 il əvvəl cəlb olunan Deyan 2 qarşılaşmaya çıxıb və Polşa ilə qarşılaşmada qol hesabını açıb.

 Son klubu vətənində “Turnovo” olan Blajevski 2006-08-ci illərdə “Pelister”in formasını geydikdən sonra legioner həyatı yaşamaq üçün Yunanıstana yollanıb. 4 il ərzində “Asteras” (2008-10), “Veria” (2010-11) və “Pierikos”un (2011-12) da uğurları üçün çalışıb. Avrokuboklarda 6 oyuna 3 qol vuran makedoniyalı bütün toplarını ötən yay Avropa Liqasının təsnifat mərhələsində rəqib qapılarından keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail