"Syomin dedi ki, məşq elə və hazırlaş" MÜSAHİBƏ
"Qəbələ"nin yeni transferi Anar Nəzirov Stadium.az-a müsahibə verib
- Əvvəl
də “Qəbələ”də oynamısan. Ancaq indi əsas heyətə düşmək əvvəlkinə baxanda şansın daha yüksək
görünür. Özün necə düşünürsən bu barədə?
- Hazırda
“Qəbələ”də hər mövqe uğrunda rəqabət böyükdü. Düzdü komandaya mən gec qoşuldum.
Buna baxmayaraq əlimdən gələni edirəm ki, verilən hər şansdan istifadə edim.
Komandaya kömək etmək istəyirəm.
- Yuri
Syominlə danışmısan? "Sənə güvənirəm" deyib?
- O,
mənə inanmasaydı mən bu dəqiqə "Qəbələ"də olmazdım. Syomin də işinə peşəkar
yanaşan məşqçidi. Syomin mənə deyib ki, get yaxşı məşq et və hazırlaş. Vəssalam.
Biz də peşəkar futbolçularıq da. Nə vaxt şans verilsə, əlimizdən gələni edib
komandaya kömək olacağıq.
- Toplanışdakı oyunlar barədə hansı fikirdəsən?
- Yoxlanış
oyunları idi. Çempionat tamam fərqlidi. Amma həqiqətən deyərdim ki, çox yüksək
səviyyədə toplanış alındı. Özümə gəldikdə yavaş-yavaş komandaya uyğunlaşıram.
Çempionata tam hazır səviyyədə olacam.
- Uyğunaşıram
deyəndə, bu komandada olmusan da onsuzda.
- Elədi.
İndi də hər şey yaxşıdı.
- "Qəbələ"yə
keçidin milli karyerana da müsbət təsir edəcək. Elədi?
- İnşallah
yol açılsın özümü burada tam doğrultsam əlbəttə ki, millidə oynamaq şansımız artacaq. Berti Foqts üçün vacib olan oyunçuların klubunda əsas heyətdə oynamasıdı.
- Anar,
“Qəbələ”yə keçidin bizim üçün də gözlənilməz alındı. Çünki “Bakı”ya transfer
olunacağın gündəmdəydi...
- Sözün
düzü, mən “Bakı”ya söhbəti haqda ancaq mətbuatdan oxuyurdum. Mənə bu klubdan hər
hansı təklif gəlməmişdi. Əslində başqa klubla razılığa gəlmişdim. Amma son anda
“Qəbələ” məni istədi və bura gəldim.
- Yəqin
ki, “Adanaspor” məsələsini deyirsən...
- Hə,
onu deyirəm.
- Niyə
türk klubuna keçmədin?
- Orada
bəzi problemlər oldu. Klubun düşmə təhlükəsi də var idi. Maliyyə söhbəti
olmamışdı.
- Bəlkə
sən də əksər oyunçularımız kimi xaricə gedib əziyyət çəkincə, elə ölkədə qalıb
burada qazanmaq fikrində oldun?
- "Adanaspor"la
əlaqə saxlayıb prezidentdən soruşa bilərsiniz. Oynamaq şansım 100 faiz idi.
Əsas heyətdə oynamaq sözü verilmişdi. Bəzi xırda problemlər oldu. O da mənə aid
olmayan məsələlər idi.
- İndi "Qəbələ"də
David Piterzkeviçlə rəqabətdən qalib çıxa biləcəksən?
- David
də komanda yoldaşımdı. Ona hörmət edirəm. Kim güclü olsa, qapıda da o, duracaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |