"Foqtsun millidə qalması yığma komandamızın xeyrinədi"

30.01.2014 | 3980 dəfə oxunub

Ekstrasenslər, falçılar ictimai rəyə təsir edən qüvvə hesab olunurlar. Onlar cəmiyyətin hər bir sahəsi haqda öncəgörmələrini açıqlayırlar. Cəmiyyət də ciddi qəbul edir bu açıqlamaları. Bu amili nəzərə alıb, Azərbaycan futbolunda 2014-cü ildə nələrin olacağını bilmək üçün ekstrasensə müraciət etdik. Ekstrasens Nadim Əlixanov  açıqlamasında bildirdi ki, 2014-cü ildə Azərbaycan futbolu “yağ içində böyrək kimi”  yaşayacaq. Yəni bu il futbolumuzda hər hansı bir maliyyə sıxıntısı gözlənilmir. Bahalı müqavilələr, transferlər olacaq. Bir sözlə, futbolçuların gəlhagəlidi.

 

Ekstrasens müjdəli proqnoz da verdi. Bildirdi ki,  elə futbolçularımız olacaq ki, oyunu ilə diqqətləri üzərinə cəlb edəcək.  Ona xarici klublar elçi düşəcəklər : “2014-cü il Azərbaycan futbolu üçün uğurlu bitəcək. Futbolumuza yaxşı pul ayrılacaq.  Xaricdən yaxşı transferlər reallaşdırılacaq”. Ekstrasens Berti Foqtsdan da danışdı. Dedi ki, ondan bərk-bərk yapışmaq lazımdı. Nadim Əlixanovun fikirincə,  Foqts olmasa futbolumuzun günü qara olar: “Foqtsun millidə qalması yığma komandamızın xeyrinədir. O getmək istəyirdi, amma bu heç də futbolumuzun xeyrinə olmayacaqdı”. Ekstrasens bildirdi ki, 2014-cü ildə futbolumuzun reytinqi xeyli artacaq: “Futbolumuz reytinqdə irəliləyəcək. Futbol  da güləş, boks və digər idman növləri kimi öndə gedəcək”(publika.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail