"Rəvan"ın üzvünü ölkəsindən çağırdılar

05.02.2014 | 4288 dəfə oxunub

Mövsümün əvvəlində “Rəvan” müdafiə xəttini gücləndirmək üçün Belarusdan tanış simanı dəvət etdi. “Neman”dan alınan İvan Pexa gələn gündən komandanın əsas siması oldu. Özünü göstərə bilməsə də. "Sığortaçılar" slovakiyalı legionerinin kobud xətalarına çox üzüldü. 11 oyunda məğlubiyyət və 32 buraxılan qol istər-istəməz "Rəvan"ın acınacaqlı güzgüsüdü. Üç il öncə “Xəzər Lənkəran”da 31 matç keçirmiş stopper, bütün bunlara rəğmən, Qaraçuxur təmsilçisində şah-padşahdı.

 Səhvləri daim bağışlanır. İstər Ramil Əliyev, istər Vladislav Qədirov, istərsə də Şahin Diniyev tərəfindən. Deyəsən, Güvenc Kurtar zamanında da bu əhval-ruhiyyə dəyişməyəcək. Ləng və saysız-hesabsız mövqe xətalarını sadalamırıq. Geyimi və saçındaki lakı ilə, deyəsən, gəlib-gedən baş məşqçiləri ovsunlayıb. 

“Slovan”, “Seneç”, BATE-də oynamış Pexanın "Rəvan"la sözləşməsi 4 ay sonra başa çatacaq. Bu günlərdə 29 yaşını qeyd edən müdafiəçi a günündə yeni təklif alıb. Ölkəsindən ona “gəl-gəl” deyən komanda “Zlate Moravçe”di. Baş məşqçi Duşan Liba həmyerlisi ilə telefonla əlaqə saxlayıb. “Korqon Liqa” adlanan çempionatda 12 iştirakçı arasında 8-ci pillədə qərarlaşan “Zlate Moravçe”nin çalışdırıcısı Pexaya "Rəvan"dan vaxtından əvvəl ayrılmasını təklif eləyib. 1995-ci ildən fəaliyyətə başlayan klub 2007-ci ildə ölkə kubokunu qazanıb. Sabiq “İnter”li Petar Çreppan hazırda onların şərəfini qoruyur. Pexa Azərbaycanda daha imkanlı komandaya keçəcəyi ümidi ilə vətənə qayıtmağı təxirə salıb. Heç olmasa, mayadək.


Sport Favorit



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail