"Sadıq Sadıqov mənim üçün çox şey edib" MÜSAHİBƏ

06.02.2014 | 8462 dəfə oxunub

"Neftçi"nin sabiq qolkiperi Paulis Qribauskas müsahibə verib


Müsahibə üçün vaxtın var?
- Çox yoxdu.

Qalsın onda. Nə vaxt vaxtın olsa, danışarıq.

- İndi var...

Bəs deyirsən vaxtım yoxdu?

- Bilmirəm sizə nə qədər vaxt lazımdı. 15 dəqiqə çəkəcəksə, danışaq.

Yaxşı, danışdıq. Bir müddətdi barəndə yeni məlumatlar toplayıram. Tapa bilmirəm ki, indi harda oynayırsan. 

- Hələ ki, heç yerdə. Bir neçə yerdən söz veriblər. Cavab gözləyirəm. Ötən mövsüm “Skonto”daydım. Çempionatda ikinci pilləni tutduq. Bu gün isə klubsuz qalmışam. “Skonto”da çempionatın ən güclüsü adına layiq görüldüm. Maddi sıxıntılar ayrılmağıma səbəb oldu. “Skonto” müflis olmaq həddindədi.
 

Latviya çempionatının ən güclü qapıçısısan. Nə əcəb bir klub tapmırsan?
- Bizdəki klub rəhbərləri elə də yaxşı insan deyil. Sizinkilər yaxşıdı. Latviyala çoxu heç nəyə fikir vermir. Prezidentlər yalnız öz maraqlarını güdür.
 

Bizimkiləri yaman tərifləyirsən. Görürəm, buraların xiffətini çəkirsən.

- Yaxınlarda təklif gəlmişdi. Özü də israrla istəyirdilər. 

 Təsadüfən AZAL-dan deyildi dəvət?

- Güman etdim ki, artıq məsələ bitib və Azərbaycanda oynayacam yenə. İndi isə konkret söhbət yoxdu, qalmışam belə.
 

 De ki, “atıblar” da sənə. Buna görə tərifləyirsən?

- Onlardan cavab gözləyirəm. 
  

Şərtləri razılaşıra bilmədin?
- Bəzi məsələlər var.
 

Pul?
- Problem pul deyil. Məsələm konkretləşmədi.
  

İki mövsüm “Neftçi”də çıxış etdin. Bu klubdan ayrılanı 3 il keçib. Mənim üçünsə maraqlıdı. Gedişinə səbəb nə oldu?
- Mən bu cür klubda çıxış etdiyimə görə xoşbəxtəm. Amma istədiyim qədər oynaya bilmədim.
 

 Kim mane oldu?

- Heç kəs. Dizimdən zədələndim və oynaya bilmədim. “Neftçi”dəkilər inanmadı mənə. Tezliklə ayağa qalxıb, özümə gələcəyimə inanmadılar. Ona görə də qarşıdakı mövsüm üçün müqaviləni yeniləmədilər. Amma mən əvvəlki formama qayıtdım. Ayaqüstə durdum və karyerama davam etdim. “Skonto”da “Neftçi”də oynadığımdan da yaxşı oynadım.
  

Açıq deyə bilərsən ki, “Neftçi” sənə qarşı düzgün eləmədi?

- Nə bilim.
 

Haqsızlıq etdiklərini düşünürsən? İncik düşmüsən onlardan?
- Elə insan deyiləm. “Neftçi”nin mənə qarşı səhv və ya düz etdiyini deyə bilmərəm. Peşəkarlıq sarıdan düzgün olmaz. Hansı komandada oynayıramsa, meydana çıxmağa yüz faiz hazır oluram. Lazım olub-olmadığıma isə rəhbərlər qərar verir. “Neftçi”də yaxşı günlərim olub.

Hansı günü unuda bilmirsən?
- Çempion olduğumuz günü unuda bilmərəm. Ancaq çempionluq məni həm sevindirdi, həm də üzdü. Üzüldüm ki, zədəli olduğum üçün yarım mövsüm oynamadım. Oyunları tribunadan izləmək çox ağır gəlirdi mənə. Meydanda olub, çempionluq üçün nəsə etmək istəyərdim.

Ən azından sadiq azarkeş olmusan.
- Düzdü, hər oyunda tribunada komandamıza dəstək idim.
  

“Neftçi”dən kiminləsə əlaqən qalıb?

- Bu cür zədə olandan sonra kiminləsə danışmaq ağır gəlirdi. Ancaq indi rahat danışa bilərəm. Çünki zədəm yoxdu. Həmin vaxt çox üzüntülü idim.
  

Danışığından hiss olunur ki, “Neftçi”dən incik qalmısan.
- İndi yox. Əvvəl var idi. Sadıq Sadıqova təşəkkür edirəm.
 

Göndərilməyində klub prezidentinin əli yox idi?

- Bilmirəm bunu. Sadıq Sadıqov haqda ancaq xoş sözlər deyə bilərəm. Onun gəlişindən sonra komandada dəyişikliklər oldu. Mənim üçün çox şey edib. Mən də komanda üçün ürəyimi ortaya qoymuşdum.

“Neftçi”də son vaxtlar nələr baş verməsindən xəbərin var?
- Az məlumatlıyam.
 

Tərlan Əhmədovdan sonra Nazim Sülemanov baş məşqçi gətirildi. İndi isə yenə Böyükağa Hacıyev çalışdırır komandanı.

- Məncə, oyunçular arasında seçim yaxşı aparılsa və kollektivdə dostluq münasibəti yaransa, nəticə olacaq.
 

Bu məşqçilərdən hansını tanıyırsan?
- Heç birini.

Arif Əsədov və Vaqif Sadıqovla işləmisən. İndi isə bu məşqçilərdən Sadıqov işləyir. Nə əcəb səninlə danışmayıb?
- Düzünü desəm, Sadıqov mənə bu günlərdə zəng eləmişdi. Danışdıq, dedi ki, zəng edəcək yenə. Konkret danışığımız olmadı, dedi, prezidentlə danışdıqdan sonra mənə xəbər edəcək. Hələ bir qərar verməyiblər. Bəlkə də başqa səbəbləri var.
 

AZAL-daki vəziyyətdən xəbərin var?
- Yox.

Gəlməsən yaxşıdı. Maliyyə vəziyyətləri çox pisdi. Aylarla maaş vermirlər. Verdikləri maaş da çox azdı. Ona görə gəlməyə dəyməz.
- Siz hər şeyi daha yaxşı görürsüz. Elə deyirsizsə, zəng edəndə "yox" deyərəm.
 

Dostun Mindaquas Kalonasla bağlı fikirlərini bildirmisən. Demisən ki, o, hərdən nə etdiyini özü də bilmir. Düzdü?
- Kalonas yaxın dostumdu. Onu çox istəyirəm. Istəyirəm ki, karyerası yaxşıya doğru getsin.


"Sport Favorit"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail