"İnter"dən oyun alqı-satqısı iddiasına cavab gecikmədi

06.02.2014 | 4861 dəfə oxunub

“Türkiyədəki son yoxlama “Arminiya” ilə oyunumuzun qumara qoyulması ilə bağlı yazılanlar bizi də təəccübləndirdi”. Stadium.az xəbər verir ki, "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov deyib. Klub rəsmisi daha sonra əlavə edib: “Biz meydana çıxıb öz oyunumuzu oynamışıq. Ora nə hakim dəvət etmişik, nə də başqa bir şeydən xəbərimiz var. İddiaların hardan qaynaqlandığından da xəbərsizik. Sınaq qarşılaşması haqda belə xəbərlərin yayılması üzücü haldı. Klubumuz adından rəsmən bəyan edirəm ki, “İnter” nəinki alqı-satqıdan, bu söhbətin ortaya atılma səbəbindən də xəbərsizdi”.

Xatırladaq ki, Bakı "İnter"inin oyunu şübhəli matçlar sırasına düşüb. Bu barədə Almaniyanın "Sportbild" jurnalı məlumat yayıb. Məlumatda bildirilir ki, UEFA, "Sportradar" nəzarət sistemi və Almaniya Futbol Liqasının (DFL) apardığı analizlər nəticəsində Antalyada keçirilən "Paderborn" - "Rubin" (2:1) və "Arminya" - "İnter" (2:2) matçları bir mərc şirkəti tərəfindən qumara qoyulub. Şirkət adları açıqlanmayan, sadəcə B.B, B.K və D.Ç olaraq təqdim edilən türk hakimlər tərəfindən matçların nəticəsini istədiyi kimi müəyyənləşdirib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail