"2-3 məğlubiyyətə görə baş məşqçini istefaya göndərmək düz olmaz" AÇIQLAMA

10.02.2014 | 4786 dəfə oxunub

“Qış “transfer pəncərəsi” dövründə baş məşqçiyə tam etimad göstərildi. Güvənç Kurtarın istədiyi futbolçuları heyətə cəlb etdik”. Stadium.az xəbər verir ki, "Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

 

Cari mövsümə Ramil Əliyevlə başlayan, II turdan sonra onu Vladislav Qədirovla əvəzləyən “Rəvan” daha sonra Şahin Diniyevə tapşırıldı. Lakin millimizin sabiq çalışdırıcısı qış fasiləsində istefa ərizəsini yazdı. Onu əvəzləyən türkiyəli Güvənç Kurtarın isə işləri yaxşı keçmir. Paytaxt klubu 63 yaşlı mütəxəssisin rəhbərliyi altında Topaz Premyer Liqasında keçirdiyi hər iki oyunda uduzub. Bu üzdən artıq Kurtarın istefası gündəmə gəlib. “Rəvan” növbəti turda sonucu sıradakı “Sumqayıt”ı məğlub edə bilməyəcəyi halda türkiyəlinin göndərilməsi üçün zəmin yaranacaq.

 

Lakin Şirəliyev bildirib ki, “Sumqayıt”la görüşün nəticəsindən asılı olmayaraq, Kurtar işini davam etdirəcək: “Məşqçilər korpusu üçün hər cür şərait yaratmışıq. Onlar da vəziyyəti başa düşürlər və məsuliyyətlərini anlayırlar. Komanda Kurtarın rəhbərliyi altında hazırlıq keçib, onun istəyi ilə transferlər həyata keçirilib. Belə olan halda, 2-3 məğlubiyyətə görə baş məşqçini istefaya göndərmək düz olmaz. Türkiyəli çalışdırıcıya zaman veriləcək. O, “Sumqayıt”la görüşün nəticəsindən asılı olmayaraq, işini davam etdirəcək. Kurtar özü də açıqlamalarında bildirib ki, Azərbaycana öz sözünü demək üçün gəlib. Gözləyək, görək nə olur. Ümid edirəm ki, vəziyyəti lehimizə dəyişə biləcəyik



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail