"İnter"in yeni transferi vurduğu qoldan danışdı

15.02.2014 | 3836 dəfə oxunub

“İnter”də vurduğum ilk qol təkcə məni deyil, bütün komanda yoldaşlarımızı və məşqçilərimizi də sevindirdi. Bilirdim ki, meydanda əlimə düşən hər imkandan yararlanmalıyam”. Stadium.az xəbər verir ki, bu sözləri “İnter”in kosta-rikalı hücumçusu Dieqo Madriqal deyib.

Bakılıların yeni transferi Topaz Premyer Liqasının XXI turunda paytaxt təmsilçisinin heyətində debüt edib. Madriqal sonradan meydana daxil olmaqla ilk toxunuşda qol hesabını açıb. Bu top “İnter”in çətin səfər matçında qələbəsini də təmin edib. Madriqal qarşılaşmadan sonra oyun haqda fikirlərini açıqlayıb: “Çünki nədən bu komandaya transfer olunduğumu meydanda göstərməliyəm.

Düşünürəm ki, Kaxaber Sxadadze kimi baş məşqçinin rəhbərliyi altında futbolçu kimi daha da inkişaf edəcəm. Bu da mənə Avropanın istənilən klubuna keçməyim üçün vacibdir. Burada oynamağım uğur qazanmağa və nəyə qadir olduğumu göstərməyə imkan verəcək. Hələlik isə “İnter”in oyun sxeminə uyğunlaşıram”. Qeyd edək ki, 1:0 hesabı ilə qalib gələn “İnter” “Simurq”u mövsümdə ilk dəfə məğlub edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail