"Neftçi" onu da itirdi

15.02.2014 | 4363 dəfə oxunub

"Neftçi" daha bir itki ilə üzləşib. Stadium.az xəbər verir ki, Böyükağa Hacıyev Cavid İmamverdiyevin xidmətindən məhrum olub. Belə ki, yarımmüdafiəçi cəzalı duruma düşüb. "Bakı" ilə matçın start heyətində yer alan İmamverdiyev 14-cü dəqiqədə sarı vərəqə alaraq limiti doldurub. Bu səbəbdən o, XXII turun "İnter"lə matçını buraxacaq.

Maraqlıdı ki, Cavid cari mövsümdə 4 sarı vərəqədən 3-nü "Bakı" ilə matçlarda alıb. Belə ki, o, paytaxtın eyni adlı təmsilçisi ilə V və XIII turlarda da cəzalanmışdı. Qalan bir vərəqə isə "İnter"lə oyunda göstərilib. "Bakı"da isə Mario Alvarez cəzalı duruma düşüb. İspan futbolçu 80-ci dəqiqədə qeyri-idman hərəkətinə görə cəzalanıb. Mario bundan əvvəl "Xəzər Lənkəran", "İnter" və "Qarabağ" matçlarında vərəqə almışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail