Fariz Nəcəfov: "Hələ heç nə itirilməyib"

16.02.2014 | 3965 dəfə oxunub

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov müsahibə verib. 

- Komandanız Topaz Premyer Liqasının XXI turunda “Xəzər Lənkəran”a uduzdu. Öz meydanınızda məğlub olduğunuz qarşılaşma barədə nə deyə bilərsiniz?

- Çox çətin görüş oldu. Çətinliklə yanaşı, azarkeşlər üçün maraqlı qarşılaşma alındı. Komandamız birinci hissədə çox yaxşı oynadı. Üstünlük bizdə idi. Amma ikinci hissəyə pis başladıq.

 - Buna səbəb nə idi?

- Səbəbini bilmirəm. Qarşıdakı turlarda bu yenilginin əvəzini çıxmağa çalışacağıq.

- Ardıcıl 2 görüşdə məğlub olmaqla, 6 xal itirdiniz. Çempionluq uğrunda mübarizə aparan komanda üçün bu cür çıxış nə dərəcədə gözləniləndir?

- Belə alınacağını gözləmirdik. Əksinə, komandamızın üçüncü dövrəyə daha yaxşı başlayacağını, xal ehtiyatını artıracağını düşünürdük.

- “Neftçi” “Bakı”ya uduzmaqla, komandanız üçün yaxşı şans yaratmışdı. “Xəzər Lənkəran” üzərində qələbə qazanacağınız təqdirdə, ən azından ikinci pilləyə yüksələcəkdiniz. Amma bundan yararlana bilmədiniz...

- Təəssüf. Nə etmək olar?

- Cari mövsümdə liderlər qrupunda yer alan komandalardan “Qarabağ” və “Neftçi”ni məğlub edə bilməmisiniz. Bu haqda baş məşqçi ilə danışmısınızmı?

- Yuri Syomin təcrübəli mütəxəssisdir. Sırf həmin 2 komanda ilə oyunlar haqda yox, son matçlardakı nəticələrlə bağlı onunla söhbətimiz olacaq.

- Çempionluq mübarizəsində ciddi zərbə aldığınız fikri ilə razılaşırsınızmı?

- Hələ heç nə itirilməyib. Qarşıda 11 tur var.  

apasport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail