AZAL-dan «İnter»ə sərt ismarıc

16.12.2010 | 3553 dəfə oxunub

AZAL-ın uğurlu çıxışı «İnter»ə yaman yer edib, deyəsən. Xüsusən də klubun bolqar prezidenti Georgi Nikolova. Nikolov hər açıqlamasında AZAL-a qarşı haqsız ifadələrdə bulunur. Təbi ki, cənab Georginin komandasının ilk dövrədə AZAL-dan 5 cavabsız top yerməsi, üstəlik, ikinci dövrədə də rəqibi uda bilməməsi prezidenti özündən çıxarır. Bu isə AZAL tərəfinin narazılığına səbəb olub. Klubun rəsmi saytında «İnter»ə qarşı sərt bəyanat yer alıb. Onu olduğu kimi diqqətinizə çatdırırıq:

rn

«Bu mövsüm gözəl oyunu və əldə etdiyi nəticələrlə futbol azarkeşlərinin rəğbətini qazanan AZAL-ın uğurlu çıxışı, deyəsən, bir çoxlarının xoşuna gəlmir. "Unibank" Premyer Liqasının 17-ci turunun "İnter" - AZAL oyunundan sonra meydan sahibi olan klubun prezidenti Georgi Nikolov da öz açıqlamalarında bir daha bunu sübut edir. 

rn

    "...AZAL da bizə qarşı əla voleybol oynadı. Rəqib müdafiəçilər iki dəfə əlinin köməyi ilə, mükəmməl blokla qapıya doğru uçan topun qarşısını kəsdi..." - deyən Nikolovun voleybol biliyini alqışlamağa dəyər. Yəqin ki, bu açıqlamalardan sonra ona ölkə voleybolunda hansısa yüksək vəzifə təklif oluna bilər. Amma, görəsən, o bilirmi ki, voleybolda 1:1 hesabı qeydə alına bilməz? Üstəlik, topa başla toxunuş da qadağandır? AZAL-ın isə oyundakı yeganə qolunu məhz cinah hücumundan sonra başla vurduğunu görüşü stadiondan və ekran qarşısından izləyən azarkeşlər də, futbol mütəxəssisləri də, jurnalistlər də, elə həmin "İnter"in futbolçuları da yaxşı gördülər.
    Əgər çox hörmətli Nikolov AZAL və "İnter" arasında keçirilən birinci dövrənin oyunundan sonra voleybol barədə danışsaydı, bəlkə də bunu başa düşmək olardı. Hər halda, 5:0 voleybol hesabına daha yaxındır.
    "İnter" prezidentinin nəzərinə çatdırmaq onu da istəyirik ki, onun söhbət açdığı epizodlarda top iki dəfə, nə qədər qəribə səslənsə də, "İnter"li futbolçuların əlinə dəyib. Bunu matçın müxtəlif rakurslardan qeydə alınmış videoyazısı da aşkar sübuta yetirir. Təsadüfi deyil ki, oyundan sonra ölkə idman mətbuatında dərc olunan yazılarda AZAL futbolçularının qaydalardan kənara çıxması ilə bağlı bir cümləyə belə rast gəlinmir. Bizim üçün Georgi Nikolovun futbol biliyindən çox, bu işin peşəkarları olan jurnalistlərin dəqiq və qərəzsiz münasibəti maraqlıdır. . Cənab Nikolova isə məsləhət görürük ki, oyun qaydaları ilə yaxından tanış olsun. 
    Ümumiyyətlə, Nikolovun bu açıqlamaları son həftələrdə AZAL PFK-ya qarşı səslənən haqsız ittihamların sırasına daxil olan növbəti nümunədir. Güclünün daha çox mühakimə edildiyini biz də yaxşı anlayırıq, amma bir daha qəti şəkildə bəyan edirik ki, AZAL PFK olaraq komandamıza qarşı səslənən istənilən qeyri-obyektiv və kinayəli ittihamlarla razılaşa bilmərik. Bu səbəbdən "İnter"in prezidenti Georgi Nikolovun da yuxarıda səsləndirdiyi sözlərə biganə qalmamaqla, klubumuza tərəf yönələn istənilən mənfi fikirlərə cavab verməyi özümüzə borc bilirik.
    
    İnanırıq ki, Azərbaycanın dəyərli idman mətbuatı "İnter" - AZAL oyununu bir daha təhlil etməklə, kimin haqlı, kimin haqsız olduğunu tezliklə üzə çıxaracaq».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail