Samir Musayev Topaz Premyer Liqasının XXIII turuna şərh verdi

22.02.2014 | 4856 dəfə oxunub

Ötən tur olduğu kimi Samir Musayev qarşıdaki tura da şərh verdi. Ötənlərin məhşur oyunçusu, hazırda isə "Qarabağ"ın U-17 heyətinin baş məşqçisi olan Musayev maraqlı fikirlər səsləndirdi.


"Qəbələ" - "Rəvan"

"Qəbələ" "Rəvan" üzərində rahat qələbə qazanacaq"

"Oyun haqqında qeyri-adi bir şey deməyəcəm. Çünki "Qəbələ" çempionluq uğrunda oynayan komandadı. Bu yarışda evdə "Rəvan"la xal itirməsi qeyri-mümkün görünür. Təbii ki, futbolda hər şey olur. Amma bir şeyi unutmayaq ki, "Qəbələ" bu oyunda xal itirsə, çempionluq şansı 40 faiz azalacaq. Ona görə də, düşünürəm "Qəbələ" "Rəvan" üzərində rahat qələbə qazanacaq".



AZAL- "Xəzər Lənkəran"

"Bu oyunu məşqçilərin dueli adlandırmaq olar"

"Bu oyun adi çempionat oyunudu. Heçnəyi həll etmir. Sadəcə olaraq bu görüşü məşqçilərin dueli kimi də adlandırmaq olar. Hər iki məşqçi öz oyun üslubunu tətbiq edəcək. Düşünürəm ki, yəni bu matç elə də iddialı oyun deyil. Hansı məşqçinin oyun üslubu özünü doğrutlsa, qalib gələn tərəf də onlar olacaq".


"Qarabağ" - "Simurq"

"Qurban müəllim bu oyunun əhəmiyyətini başa düşür"

"Qarabağ" üçün vacib oyundu. Çünki bu oyundan alınan qalibiyyət "Qarabağ"ın çempionluğa bir az yaxınlaşdıra bilər. Bundan savayı Ağdam klubu qələbə sayəsində çempionluq yarışındaki rəqiblərilə arasındaki xal fərqini də artıra bilər. Bilirəm ki,Qurban müəllim bu matçın əhəmiyyətini başa düşür. Komandasını da qalib gəlmək üçün hazırlayacaq. "Simurq" çempionatda bundan sonra çempionluq yarışında olan komandalardan xal almağa çalışacaq. Oyun çox çətin keçəcəcək, hər halda "Qarabağ"ın qalib gələcəyini düşünürəm".


"Sumqayıt"- "Neftçi"

"Neftçi" bu görüşdə çətinlik çəkməyəcək"

"Üç oyundur ki,"Neftçi" xal itirir. İnanmıram ki, autsayder komanda ilə də xal itirsin. "Neftçi" bu oyunda çətinlik çəkməyəcək. Qalib gələrək çempionluq yarışına davam edəcək. "Sumqayıt" da öz növbəsində sonuncu pilləni tərk etmək üçün "Neftçi"yə müqavimət göstərməyə çalışacaq. "Neftçi"nin qalib gələcəyini düşünürəm".


"İnter" - "Bakı"

"Hər iki komanda bir-birinin səhv etməsini gözləyəcək"

"Bu oyun turun mərkəzi oyunudu. Çünki hər iki komanda çempinluq uğrunda mübarizə aparır. Ona görə oyun çox maraqlı və dinamik olacaq. Nizamlı oyun ilə seçilən "İnter" son zamanlar daha dinamik və sürətli futbol oynayan "Bakı" ilə qarşılaşacaq. Mən bu oyuna məşqçilərin dueli kimi baxıram. Hansı məşqçi düzgün taktika ilə meydana çıxsa, qələbəni aparacaq. Hər iki komanda bir-birinin səhv etməsini gözləyəcək. Fikrimcə, matç bərabərliklə başa çatacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail