Qurban Qurbanov: "Bunu onlara yaraşdırmadım"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 24-cü turunda "Neftçi"ni 4:1 hesabı ilə məğlub etdikləri oyunu şərh edib. Stadium.az xəbər verir ki, o, qazanılan nəticəyə baxmayaraq, bu qarşılaşmanın əvvəlkilərə nisbətən daha çətin oldunu deyib:
"Gərgin və maraqlı oyun oldu. Qarşılaşma ilk dəqiqələrdən yüksək tempdə getdi. 3 top fərqi ilə irəlidə olsaq da, son fitə kimi ehtiyatlı oynadıq. “Neftçi” azlıqda qalmasına baxmayaraq, qol da vurdu. Meydanın hər qarışı uğrunda mübarizə apardıq. Jaba Dvali toplanışın sonuna 3 gün qalmış heyətimizə cəlb olundu. Formasından uzaqdır, tədricən daha yaxşı olacaq. ”Qəbələ” ilə oyunla müqayisədə bu qarşılaşma daha sürətli idi".
Qurbanov "Neftçi"nin futbolçusu Araz Abdullayevin qırmızı vərəqə ilə cəzalandırıldığı epizodu görmədiyini bildirib. O, rəqib haqda xoş fikirlər səsləndirib:
"Qırmızı vərəqə epizodunu aydın görə bilmədim. “Neftçi”yə həmişə hörmətlə yanaşmışam, uğurlarına sevinmişəm. Məğlub olduğumuz oyunlarda da təbrik etmişəm. Bir daha rəqibin oyunçularına əhsən deyirəm. Düşünürəm ki, mübarizə indi qızışır, çempionat inkişaf edir. Təəssüf ki, bu cür mərkəzi oyunlarda bəzi xoşağəlməz hadisələr olur. Sadəcə bir şeydən xoşlanmadım. Oyun zamanı bizim arxamızda olan "Neftçi"lilər bizə qarşı nələrsə atırdı, yaxşı hərəkət etmədilər. Bunu onlara yaraşdırmadım. Çünki hamı mənim "Neftçi"yə olan hörmətimi bilir. Uşaqlıqdan bu komandanın azarkeşi olmuşam. Burda futbol oynamışam, məşqçi işləmişəm. Bunlar yaxşı hərəkətlər deyildi".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |