Rəşad Sadıqov: "Hakimdən Arazın qırmızı vərəqəsini ləğv etməyi xahiş etdim" MÜSAHİBƏ

01.03.2014 | 4644 dəfə oxunub

Rəşad Sadıqov "Neftçi" ilə matçdan sonra müsahibə verib.

- “Neftçi” üzərində böyükhesablı qələbə haqda nə deyə bilərsiniz?
- İlk növbədə, düşünürəm ki, azarkeşlər maraqlı oyun gördülər. Araz Abdullayevin meydandan qovulmasına qədər daha da maraqlı idi. Bizə sürətli hücumlar etmək müyəssər olurdu. Rəqib on nəfərə qalanda isə, bizə daha da asan oldu. Ümumilikdə deyim ki, bu komandaya qarşı oynamaq, həmişə xoşdur. Özləri də oynayır, rəqibə də imkan verirlər. Axı premyer-liqanın bir çox klubları oyunu müdafiədən qurur.

- Abdullayev meydandan qovulmağa həqiqətən layiq idi?
- Mən bu haqda danışa bilmərəm, çox uzaq idim. Vüsal Əliyev ilk dəqiqələrdən sərt oyuna imkan vermişdi. Onlar kimi, biz də kobud oynayırdıq. Hər şey normal idi. Bu epizodda Əliyev xüsusilə reaksiya vermədi. Ancaq yan hakimin sözlərindən sonra o, “Neftçi”nin futbolçusunu meydandan qovdu.

- Rəqibdən başqa yan hakimə siz də öz iradlarınızı bildirdiniz.
- Mən Əliyevdən və yan hakimdən qırmızı vərəqəni ləğv etməyi xahiş etdim. Ancaq yan hakim qərarında israrlı idi.

- Nə üçün belə etdiniz? Axı siz rəqibin azlıqda qalmasına sevinməli idiniz.
- Mən istəmirdim ki, qələbəmiz kimdəsə şübhə doğursun. Belə söz-söhbət bizim futbolda həddən artıq çoxdur. Axı biz bunsuz da yaxı oynayırdıq və hesabda inamla irəlidə idik. Hətta istəmirdim ki, bu oyunda “Neftçi”nin qapısına penalti təyin edilsin.

- Oyundan sonra rəqibin baş məşqçisi Böyükağa Hacıyevlə sizin aranızda kiçik söz savaşı baş verdi. Nə baş vermişdi?
- Hər şey mənsiz başladı. Mən sadəcə tərəfləri sakitləşdirməyə yaxınlaşdım. O qədərə səs-küy vardı ki, kimin nə dediyi eşidilmirdi.

- Qələbə əsas rəqibdən 10 xallıq fərqlə uzaqlaşmağa şərait yaratdı. Yaxın izləyiciniz “Qəbələ” isə altı xal geridədir.
- Düşünmürəm ki, “Neftçi” kimi bir komanda belə tez təslim olsun. Xal fərqi bizi arxayınlaşdırmamalıdır.

- Yığmaların oyunları əlaqədar çempionatda yaranmış fasilə liderə sərf edir?
- Hər şey premyer-liqada fasilə bitəndən sonra aydın olacaq. Bizim bir çox futbolçularımız yığmalara yollanır. Riçard Almeyda sarı vərəqələr üzündən “Bakı”ya qarşı oyunu buraxmalı olacaq. Bizi çətin oyun gözləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail