"Neftçi" rəsmisi Ramin Musayevi istefaya səslədi

01.03.2014 | 4880 dəfə oxunub

Hazırda futbolumuzda əsas gündəm “Neftçi”nin doğma meydanda “Qarabağ”a 1:4 hesablı məğlubiyyətidir. Stadium.az xəbər verir ki, buna “Neftçi”nin keçmiş idman direktoru Güloğlan Cabbarov da münasibət bildirib. Cabbarov “facebook”dakı şəxsi səhifəsindən oyunla bağlı bunları yazıb: “İndi “Neftçi” haqqında hər kəs bir cür danışır. “Neftçi”nin eks İdman Direktoru kimi görüşüm başqadı. Qarabağ” qarşısında 4 həftə bundan qabaq bu gün üçün hazırlanmış və ruhu sınmış Neftçi” vardı. Amma bununla da Neftçi”ni bu günə qoyanlar yenədə öz çirkin niyyətlərini yerə qoymurdular. Çünki bu oyun çempionluğu qarantiləmək oynuydu. “Qarabağ” uduzurdusa xal fərqi azalırdı və bunu da gələcək həftələrdə aradan götürmək mümkünüydü, amma qarantiləmək lazımıydı. Hətta ora qədər ki, “Qaabağ” kamandası 2 top öndə olmasına baxmayaraq, Araz Abdullayevə qırmızı kart verilir və bununla da tam qarantı edilir ki,  vəd etdikləri və əvvəlcədən danışılmış oyun bələcə həll olundu. Mən bununla “Neftçi”ni  tam olaraq dəstəkləmək istəmirəm. Müyəyən qədər müdafiə xəttində çatışmazlıqlar varıydı. Kardoso və Bertuççinin olmaması zaman zaman müdafiə xəttimizdə açıq verməmizə səbəb olurdu. Ən əsasıda neçə həftədir futbol oynayırıq, Böyükağa Hacıyev hələ müdafiə xəttinı hərdən Mitreskiylə, gah Denislə, gah Elvin Yunuszadəylə qurmağın yolların axtarır. Bu da, bu gün yenə bir boşluq vərməyin səbəbi oldu. Bu gün bir çox adam “Neftçi”nin meydanda rəqib oyunçularnan sanki savaşırmış kimi mubarizə apardığını deyirlər və yazırlar da. Bəli beləydi, amma “Neftçi” futbolçuları Qarabağ” futbolçularına deyil, onları bu qara zolağa salan və heç durmadan usanmadan hər oyun, hər turda cürbəcür hoqqa verən PFL və Hakimlər kamitəsinə qarşı içlərindən gələn kin və nifrətlə mübarizə içində savaşırdılar. Hələ oyunun 14-cü dəqiqəsində Almeydanın Nforun arxadan ayağına küçədə dalaşırcasına təpiklə vurmasına baş hakimin rəyaksiya vərməməsi, Bahadırın cərimə  meydançasında yıxmaqlarına göz yummasına bu oynun sonunu “Qarabağ”ın qələbə çalmasına zəmin yaradırdı. Buna görə də, əziz “Neftçi” səvərlər, bu ssenari  hələ ilin əvvəlindən yazılıb. Buna görə də istəsəniz Messini də gətirsəz, onada hərliyib- fırlıyıb 10 oyun cəza vərəcəydilər. Ona görə də üzülməyin, İnşallah pis günün ömrü az olur və ümid edirəm ki, yəqin bu kimi hallara AFFA rəhbərliyi bir son qoyacaq və təzliklə PFL və Hakimlər Komitəsi bir birindən asili vəziyətdə qoymuyacaq. Özünə güvənən və bütün klubların etimad etdiyi bir rəhbərliyi iş başına gətirəcək. Ən azından Azərbaycan futbolunda ədaləti bərpa edəcək və buna bütün səmimiyətimlə inaniram”.



  #1   Adınız: qasim;   E-mail: [email protected]

01.03.2014 20:38

Bunun savadi var nese yazsin,Neftci metbuat xidmetinin yazisidir.Ramil Diniyev lazimdi Qebeleni tekrarlasin.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail