"Atletiko" Azərbaycanla əməkdaşlıq sazişini yenilədi FOTO VİDEO

01.03.2014 | 4037 dəfə oxunub

Martın 1-də İspaniyanin paytaxtı Madrid şəhərindəki "Visente Kalderon" stadionunda "Atletiko" klubu ilə Azərbaycan arasında strateji əməkdaşlıq sazişinin müddətinin daha bir il artırılması ilə bağlı təntənəli mərasim keçirilib.

Stadium.Az-ın "Bakı"nın saytına istinadən yaydığı xəbərə görə, mərasimdə çıxış edən Madrid klubunun prezidenti Enrike Serezo bu layihə və ümumilikdə Azərbaycan barədə maraqlı fikirlər səsləndirib. O bildirib ki, bu layihə dünya futbol aləminə yenilik gətirib və ilk dəfə olaraq hansısa bir marka və ya məhsul yox, məhz ölkə təbliğ olunmağa başlayıb:

"Bu layihə ilə yüz minlərlə insan güclü iqtisadiyyata və qədim mədəniyyətə malik Azərbaycanı yaxından tanıyıb. Cəmi 1 il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtmağa çalışdıq. Bunun nəticəsi olaraq Azərbaycan-İspaniya ticarət palatası yaradılıb”.

“Bakı” futbol klubunun icraçı direktoru Yaşar Seyidov bu layihənin “Bakı” klubunun və ümumilikdə Azərbaycan futbolunun inkişafına təkan verdiyini bildirib.

Tədbirin sonunda “Atletiko”nun prezidenti, baş məşqçisi, əsas heyəti və Azərbaycanlı qonaqlar klubun rəmzi köynəyini imzalayıblar. 

Xatırladaq ki, 2013-cü il fevralın 1-də imzalanmış razılaşmaya layihəyə əsasən, “Atletiko” Madrid klubunun oyunçuları sinələrində  “Land of fire-Azerbaijan” loqosu ilə sahələrə çıxırlar. Razılaşmaya görə 3 il ərzində azərbaycanlı futbolçular “Atletiko” klubunun futbol akademiyasında təlimlər və yoldaşlıq görüşləri keçirirlər. Hazırda 16 yaşlılardan ibarət yığmamızın heyəti “Atletiko”nun dəvəti ilə Madriddə təlim-məşq toplantısındadırlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail